Facebook Pixel Code
GoMap XƏRITƏ
Qırlartəpə yaşayış yeri (Qırlar)
Baxış sayı:
  • Ünvan:
    Ağsu, AZ0626
Avtobus

Qırlartəpə abidəsi Ağsu rayonunun Qırlar kəndi yaxınlığında yerləşir. Yaşayış yerinin qədim mədəniyyət qalıqları eneolit dövrünə aiddir. E.ə. V-IV minilliklərdə yaşayış yerinin əhalisi əsasən əkinçiliklə məşğul olmuşlar. Qırlartəpə abidəsinin alt mədəni təbəqəsindən eneolit dövrünə aid müxtəlif məişət saxsı qab nümunələri, təsərrüfat küpləri, ocaq qurğuları, taxıl əzmək üçün istifadə olunan daşlar əldə edilmişdir.1986-cı ildə buradan eramızın I əsrində kəsilmiş gümüş sikkə tapılmışdır. Gümüş dirhəmin bir üzündə Parfıya hakimi III Artabanın şəkli həkk edilmişdir. Digər üzündə isə yunan əlifbası ilə onun adı və başqa yazılar zərb edilmişdir.

Qırlartəpə abidəsi bu ərazidə həyat tərzinin 7 min il bundan əvvəl başlandığını və uzun müddət davam etdiyini göstərir.

http://kapitan.azeriblog.com/2009/04/20/aghsu

Son xəbərlər