Facebook Pixel Code
GoMap XƏRITƏ
Qaraçıbulaq yaşayış yeri
Baxış sayı:
  • Ünvan:
    Ağsu, AZ0626
Avtobus

1973-cü ildə Ağsu rayununun Nuran kəndi yaxınlığında, sahəsi 10-12 ha olan antik dövrə aid Qaraçıbulaq yaşayış yeri və qəbiristanlığı aşkar edilmişdir.

Buradan çaydaşından inşa edilmış dördkünc plana malik tikinti qalıqları, dulus kürələri, təsərrüfat küpləri, dən daşları, saxsı qıf, gil qadın heykəlciyi, gil qablar, tunc xəncər, dəmir nizə ucluqları və müxtəlif bəzək əşyaları tapılmışdır. Qaraçıbulaq abidəsində yaşayış e.ə. XII əsrdən başlamış və eramızın I əsrinə kimi davam etmişdir. Arxeoloji materiallar göstərir ki, Qaraçıbulaq yaşayış yerinin əhalisinin məşğuliyyətində bütün təsərrüfat sahələri, xüsusən sənətkarlıq mühüm yer tutmuşdur. Ağsu rayonunun Qaraçıbulaq kəndindən tapılmış antik dövrə -e.ə. IV yüz ilə aid edilən gil qadın fiquru uzun, en-li köynəkdə təsvir edilir. Geyim sinədə nisbətən dar, ətəyə doğru isə genələn trapes formasındadır. Boynuna çox sayda muncuqlar asılmaqla daha estetik forma əldə edilmişdir.

Qədim Qəbələdən tapılmış arxeoloji materialların dörd minə qədəri Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyində mühafizə, tədqiq və nümayiş etdirilir.

http://kapitan.azeriblog.com/2009/04/20/aghsu

http://www.azerbaijanarcheology.com/2008/12/the-role-of-archaeological-materials-in-the-study-of-traditional-womens-clothing-of-azerbaijan/

Son xəbərlər