Facebook Pixel Code
GoMap XƏRITƏ
Nəhəcir yaşayış yeri və qəbiristanlığı
Baxış sayı:
  • Ünvan:
    Göynük kənd yolu, Culfa, AZ0000
Avtobus

Nəhəcirin orta tunc dövrünə aid yaşayış yeri və nekropolu müasir Culfa rayonunun Nəhəcir kəndi ilə Nəhəcir dağı arasındakı ərazidə yerləşir. Yaşayış yeri və nekropol təqribən 10 ha-a qədər sahəni əhatə edir. Yerüstü materiallar içərisində Orta Tunc dövrünə aid boz və çəhrayı rəngli keramika ilə bərabər, bu dövrə aid boyalı qablar, həmçinin Orta əsr materialları da tapılmışdır. Təbii aşınma nəticəsində Nəhəcir yaşayış yerində meydana gələn kəsiklərdə daşdan hörülmüş tikinti qalıqları, boyalı qablar, əmək alətləri və osteoloji qalıqlar aşkara çıxmışdır. Yaşayış yerində mədəni təbəqənin qalınlığı 3 metrdən artıqdır. Abidənin üzərindən toplanan materiallar həvənglər, dəstələr, dən daşları, oraq dişləri, monoxrom boyalı qablardan ibarətdir. Nəhəcirin boyalı qabları üzərində əsasən qara boya ilə işlənmiş həndəsi naxışlara daha çox rast gəlinir. Bu ornamentlər içərisində semantik xarakter daşıyan təsvirlərə də təsadüf edilmişdir. Belə semantik süjetlərdən biri keçinin boğazına bağlanmış ipdən tutaraq əllərini səmaya açan kişi təsviridir. Ehtimal ki, burada allahlardan birinə qurban gətirmiş və arzularının qəbul olunması üçün dua edən insan təsvir olunmuşdur. Ola bilsin ki, bu təsvir Naxçıvan ərazisində yaşamış tayfalar arasında geniş yayılmış qədim mifoloji süjetlərdən biridir. Nəhəcir yaşayış yerindən tapılmış boyalı qabları, O.Həbubullayev e.ə XVIII-XV əsrlərə, V.Əliyev e.ə. XVIII-XVII əsrlərə, A.Seyidov və V.Baxşəliyev isə e.ə. III minilliyin II yarısından e.ə. II minilliyin əvvəllərinə qədər olan bir dövrə aid etmişlər. Nəhəcir qabları üzərində I Kültəpə keramikası üçün xarakterik olan naxışların və Gəmiqaya təsvirlərinin motivlərinə uyğun ornamentlərin olması göstərir ki, bu bölgədə yaşayan tayfaların dulusçuluq sənətində keramikanın naxışlanması lokal geometrik faktorlara əsaslanmışdır. İlk tunc dövrünün iri həcmli badya tipli qablarını orta tunc dövründə yayılan boyalı qabların prototipi hesab etmək olar. Kür-Araz mədəniyyəti üçün xarakterik olan çəhrayı astarlı qabların Nəhəcir ərazisində aşkar edilməsini bu ərazidə keramika sənətkarlığının subproto xüsusiyyətlərindən hesab etmək olar. Nəhəcir keramikası erkən tunc dövründə, Naxçıvan ərazisində yaşamış qədim tayfaların mədəni irsini davam etdirməklə lokal xarakter daşımış və həmin tayfaların subprotogeometrik ənənələrini davam etdirmişdir. Qeyd etmək lazımdır ki, monoxrom və polixrom boyalı qabların rənglənməsində istifadə olunmuş auropiqment və realqar mineralların, boyalı qablar mədəniyyətinin yayıldığı geniş bir ərazi hesab olunan On Asiya, Yaxın Şərq, Cənubi və Şimali Qafqazda yeganə yayıldığı areal Culfa rayonu ərazisindədir. Bütün bunlar göstərir ki, Nəhəcirin dulusçu sənətkarları qədim ənənələri davam etdirmiş, onların boyalı qablar istehsalında yaratdığı yeniliklər qonşu ərazilərə də öz müsbət təsirini göstərmişdir.

Nəhəcir nekropolu qəbristanlığı yaşayış yerinin şərq qurtaracağında yerləşir. Nekropol şimaldan Nəhəcir dağı, qərbdə Tunc dövrünün yaşayış yeri, cənubda Nəhəcir kəndi, şərqdə torpaq yolla məhdudlaşır. Buradakı qəbirlərin bir çoxunun yerüstü əlamətləri itmişdir. Lakin diametri 9-11 metr olan kromlexlər indi də qalmaqdadır. Nekropoldakı qəbirlərin bir neçəsi vaxtilə qazılıb, dağıdılmışdır. Nekropoldakı kromlekslərdən birinin tədqiqi göstərdi ki, qəbir kamerası torpaqda qazılmış oval çaladan ibarətdir. Nəhəcir nekropolundan aşkar olunan materiallar monoxrom boyalı küpə və kasa tipli qablardan ibarətdir. Həmçinin, basma naxışlı keramika məmulatı da aşkar olunmuşdur. Nekropol, əsasən torpaq və daş kurqanlardan ibarətdir. Torpaq kurqanlar yaşayış yerinin ilk dövrlərinə aiddir. Kurqanlardan əldə edilən monoxrom boyalı qabların üzərindəki müxtəlif həndəsi naxışlar, insan və heyvan təsvirləri Gəmiqayanın bir qrup təsvirləri ilə çox oxşardır.

http://www.azerbaijanarcheology.com/2010/04/subprotogeometric-features-of-nahacir-ceramics/

Son xəbərlər