Facebook Pixel Code
GoMap XƏRITƏ
Qədim Gəncə
Baxış sayı:
  • Ünvan:
    Tağı Arani, Gəncə, AZ2000
Avtobus

Gəncənin tarixi Dahi Nizaminin vətəni, qədim mədəniyyət abidəsi – Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərq tərəfində Gəncə-Qazax düzündə, Gəncə çayın hər iki sahilində yerləşir. Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynamış bu şəhər barədə məlumatlar Məccədin Əl-Hüseyn, V.Bezemenov kimi müəlliflərin əsərlərində, Qədim Gürcü salnaməsində gəlib çatmışdır. Gəncə şəhərinin adı “Kitabi-dədə Qorqud”da çəkilir. Gəncə toponiminin necə yaranması, uzun müddət müxtəlif nöqteyi-nəzərdən işıqlandırılmışdır. Bir qrup müəlliflər (N.Marr, İ.Markvart və s.) Gəncə adının pəhləvi dilində “xəzinə” , “dəfinə” mənasında, E.Resler “açıq yer” , “gen” (gəncə) yer kimi izah etməyə çalışıblar. XI əsr türk müəllifi Mahmud Kaşqarlı isə bu adın qədim türk tayfalarından olan Gəncəklərlə bağlı olduğunu qeyd edib. VII-VIII əsrlərdə Gəncə Arranın paytaxtı Bərdədən sonra beynəlxalq ticarətdə mühüm rol oynamağa başlayır, burada ağır-ağır karvanlar dayanırdı. X əsrdən başlayaraq Bərdə Arranın paytaxtı rolunu itirəndə Gəncə ölkənin ictimai-iqtisadi və mədəni həyatında mühüm rol oynamağa başlayır. Ticarət və sənətkarlıq bu şəhərin həyatında mühüm yer tuturdu. Gəncə X-XII əsrlərdə daha da sürətlə inkişaf edib. Şəhərdə 500.000-ə yaxın əhali yaşayırdı. X əsrin ortalarında Gəncə Şəddadilərin paytaxtı oldu. 1063-cü ildə dəmirçi İbrahim Gəncənin məşhur qapısını düzəltdi. Gəncə mühüm mərkəzə çevrildikcə ərazisi böyüyür, yeni ticarət və sənaye məhəllələri salınırdı. Burada ipəkdən hazırlanan müxtəlif məmulatlar nəinki yerli, hətta xarici bazarların da diqqətini cəlb edirdi. Gəncə, həmçinin, dini mərkəz də hesab olunurdu. 1139- cu ildə Gəncəndə baş vermiş zəlzələ nəticəsində həlak olmuş insanların sayı bir məlumatda 230.000, başqa birində isə 300.000 göstərilir. XV əsrdən başlayaraq, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində olan Gəncə canlanır. Səfəvilər dövründə isə (1502-1736) şəhərin əhəmiyyəti yenidən artır. Bu dövrdə Qarabağ-Gəncə bəylərbəyliyi Qacar tayfasının nüfuzlu Ziyadoğlular nəsli tərəfindən idarə olunub. 1606-cı ildə Gəncəyə yenidən Səfəvilərin nümayəndəsi olan I Şah Abbas hücum çəkir. Döyüş zamanı şəhər tamamilə dağıldığından sonra orada yaşamaq mümkünsüz olur. Şah Abbas məhşur memar Bahəddin Məhəmmədə yeni şəhər salınması göstərişi verir. Beləlıklə, 1606-cı ildə Şeyx Bahəddinin layihəsi əsasında köhnə Gəncədən 5 km aralı müasir Gəncə tikilməyə başlayır. Əhali tədricən yeni şəhərə köçür. Nadir şah dövlətinin (1736-1747) parçalanması ilə Azərbaycan ərazisində yaranmış 20 xanlıqdan biri də Gəncə xanlığı idi. 1813-cü il Rusiya ilə İran arasında imzalanmış Gülüstan müqaviləsinin şərtlərinə görə Gəncə Rusiya imperiyasına qatıldı. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra Milli Şura və Azərbaycan höküməti iyulun 16-da Gəncəyə köçdü. Gəncə 92 gün Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı kimi şərəfli bir dövr yaşadı. Azərbaycan dilinin dövlət dili elan edilməsi, Milli bayrağın təsdiq olunması, Gəncənin tarixi adının bərpası, Hərbi Nazirliyinin yaradılması, Azərbaycan vətəndaşlığı haqqında və bir sıra digər qanun və qərarların qəbulu məhz Cümhuriyyətin Gəncə dövründə baş verdi. Hazırda AXC-nin hökumət binasının qarşısında böyük şəhər parkı salınmışdır. XVI əsrə aid qala divarlarının qalıqları da buradadır. Gəncənin orta əsr tarixi və memarlıq abidələri Alban məbədi (VI-VII əsr), Comərd Qəssab türbəsi və İmamzadə türbəsi (VIII əsr), Qala divarları (IX-X) və (XVI əsr), Gəncəçay üzərində qədim körpünün qalıqları (XI-XII əsr), I Şah Abbas məscidi (XVII əsr), Karvansaray (XVII əsr), Xan bağı (XVII) zəngin mədəniyyətimizin parlaq nümunəsidir. Gəncənin mərkəzindən 6 km şərqdə qədim Gəncənin xarabalıqları qalmışdır. Son vaxtlar aparılmaış arxeoloji qazıntılar nəticəsində Samuxda qədim şəhər qalıqları tapılıb. S.Əliyev deyir ki, ehtimal olunur ki, həmin yer qədim Gəncənin bir hissəsi, «şəhər burnu» deyilən yerdir.

http://www.bim.az/news/a-323.html

http://www.anl.az/down/meqale/medeniyyet/2010/mart/110999.htm

http://forum.azeri.net/gence-seheri-t9760.html

http://faktxeber.com/17127_Q601dim%20G601nc601nin%20bir%20hiss601si%20tap305l305b%20.html

Son xəbərlər