Facebook Pixel Code
GoMap XƏRITƏ
Çıraqqala Tarix-Memarlıq Qoruğu
Baxış sayı:
  • Ünvan:
    Şabran, AZ1712
Avtobus

"Çıraqqala" Tarix-Memarlıq Qoruğu – 2006-cı il, 27 sentyabrda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılmışdır. Şabranın rəmzi hesab olunan Çiraqqala Azərbaycanın ən qədim tarixi mədəniyyət abidələrindən biridir. Qala rayonun 20-25 kilometrliyində, Çanaqqaya adlanan sıldırım qayanın zirvəsində qərar tutub. Çıraqqalanın adının yaranması da çox maraqlıdır. Qalanın qərar tutduğu sıldırım qaya el arasında “Çıraqqaya” adlanır. Görünür, hələ qala-sədd tikilməmişdən öncə adamlar düşmən gəlişini bu qalanın başında tonqal qalamaqla xəbər verirlərmiş. Sonralar elə bu məqsədlə həmin qaya başında möhtəşəm qala tikilmiş və onun indi salamat qalan ən uca bürcündə tonqal qalanarmış. Çiraqqala ərazinin ən hündür dağ zirvəsindəki nəhəng qaya üzərində tikilmiş müdafiə xarakterli qaladır. Gilgilçay səddinin baş qarovulxanası olub. Silindirvari bürclərlə möhkəmləndirilmiş qala divarları qapalı quruluş əmələ gətirir. Qayanın zirvəsində qala divarlarına bitişik baş bürc ucalır. Qalanın divarları və yarımdairəvi bürcləri (12 bürc) daşdan tikilmiş, yalnız baş bürcə kərpiçdən üzlük çəkilmişdir. Qalanın V-VI əsrlərdə Sasanilər dövründə tikildiyi və XVIII əsrədək istifadə edildiyi ehtimal olunur. Adından göründüyü kimi qala müdafiə məqsədi ilə kəşfiyyat xarakterli tikilidir. Qala əsasən düşmən ordularının gəlişi və digər məlumatları tonqal vasitəsi ilə Azərbaycanın diqər qalalarına və məntəqələrinə çatdırırdı. Çıraqqala əsasən Dərbənd qalasından tüstü ilə verilən məlumatı qəbul edirmiş. Bundan əlavə qalanın dənizə və digər yerlərə gizli yeraltı yolları mövcuddur. Çıraqqala təkcə tarixi, yaşı ilə deyil, həm də qoynunda şəfa qaynağı olan bulaqları ilə məşhurdur. 360 çarpayılıq “Qalaaltı” sanatoriyasında il boyu mədə-bağırsaq, öd yolu, qara ciyərindən şikayəti olan minlərlə xəstə şəfa tapıb doğma ocağına qayıdır. Sanki bu şəfa bulaqları tarixlə tanışlıq üçün keçmişdə bu günü, bu günlə gələcəyin arasında körpüdür. Çıraqqala rayon mərkəzindən 20 km aralıqda yerləşir. Həmin məsafəyə asfalt örtüyü döşənmişdir.

http://azerbaijan.tourism.az/files/uploader/baki-xacmaz.pdf

http://e-qanun.az/files/framework/data/2/c_f_2110.htm

 

Son xəbərlər