Facebook Pixel Code
GoMap XƏRITƏ
Çilov mayakı
Baxış sayı:
  • Ünvan:
    Alyoşa Caparidze, Bakı, Xəzər, AZ1064
Avtobus
Çilov Mayakı - Xəzərdəki on doqquz Mayakdan biri də XIX əsrdə əcnəbilər tərəfindən inşa olunmuş Çilov Mayakıdır. XX əsrin əvvəllərindən ortalarınadək Çilov adasında əsasən Şimaldan sürgün olunmuşlar yaşamışlar. Onların əsas məşğuliyyəti balıqçılıq, suiti ovlamaq olmuşdur. Böyük Vətən müharibəsindən sonra Azərbaycan geoloqları, geofizik alimləri axtarış-kəşfiyyat işlərini genişləndirərək Çilov neft yatağını kəşf etmiş, dənizin dərinliklərinə doğru irəliləyərək əfsanəvi Neft Daşlarının kəşfi zamanı buranı özlərinə qərargah seçmişlər. Çox keçmədən Çilovda Yeni qəsəbə salınmış, əhalinin sayı artmış, tərkibi dəyişərək həm peşə, həm milli, həm də məşğuliyyət, adət-ənənə baxımından zənginləşmişdir. Bu gün ümumi sahəsi 28 kv.km olan, mərkəzi hissəsindəki xiyabanda 70 metrə yaxın hündürlükdə Dövlət Bayrağımızın ucaldığı Çilov adasında min nəfər daimi qeydiyyatdadır. İki min beş yüz nəfərə yaxın işə gedib-gələn insan yaşayır. Ada günü-gündən gözəlləşir, sosial-iqtisadi cəhətdən inkişaf və tərəqqi etməkdədir. Xəzər rayonunun ən yaraşıqlı, işıqlı qəsəbələrindən biri kimi sayılıb-seçilir, turistləri və qonaqları cəlb edir. Böyük potensialı olan neftçilər qəsəbəsi kimi özünün ən parlaq günlərini yaşamaqdadır. Adanın ən görkəmli və tarixi yeri Mayakdır. Mayak gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikilidən ibarətdir. 2013-cü ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Abşeron arxipelaqının mayaklarına həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik olan həmin markalardan biri Çilov mayakına həsr olunmuşdur. http://www.anl.az/down/meqale/adalet/2013/oktyabr/333475.htmhttps://az.wikipedia.org/wiki/%C3%87ilov_mayak%C4%B1
Son xəbərlər