Facebook Pixel Code
GoMap XƏRITƏ
Funikulyor
Baxış sayı:
  • Ünvan:
    Mehdi Hüseyn, Bakı, Səbail, AZ1009
Avtobus

FunikulyorBakı funikulyoru Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilmişdir. 1960-ci il mayın 5-də istifadəyə verilmişdir. Sovet dövründə funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilmişdir.Bakı funikulyorunun 2 stansiyası var: "Bəhram Gur" və "Şəhidlər Xiyabanı". Stansiyalar arası məsafə 455 metrdir. Cəmi 2 vaqonu olan bu funikulyorda vaqonlar bir stansiyadan digərinə 4 dəqiqəyə çatır. Vaqonlararası interval 10 dəqiqədir. Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik olmuşdur.Bakı funikulyoru müxtəlif vaxtlarda bir neçə dəfə təmir edilmişdir.1980-ci illərin sonlarında qəza vəziyyətində olduğu əsas gətirilərək bağlanmış və 2001-ci ilin sonunda yenidən istifadəyə verilmişdir. Bakı funikulyoru 2001 və 2007-ci ildə iki dəfə əsaslı şəkildə təmir edilmişdir. 2007-ci ildəki təmirdən sonra vaqonların hərəkəti zamanı yaranan səs-küy minimuma endirilmişdir. 2011-ci ilin aprelində isə yenidən təmirə bağlanmışdır. 23 may 2012-ci ildə əsaslı təmir və yenidənqurmadan sonra yenidən istifadəyə verilmişdir.

Son xəbərlər