Facebook Pixel Code
GoMap XƏRITƏ
Dəniz kənarında hamam (XVII əsr)
Baxış sayı:
  • Ünvan:
    Cəfər Cabbarlı, Sumqayıt, AZ5021
Avtobus
Dəniz kənarında hamam XVII əsr (Sumqayıt)Dəniz kənarında hamam Corat sakini Hacı Əmrulla bəyin sifarişi ilə tikilmişdir. Hamamın tarixi XVII əsrdən hesablanır. Günbəzşəkilli olan bu hamam dövlət tərəfindən mühafizə edilir. Hamamın idarəçiliyi 1937-ci ilə qədər Hacı Əmurulla bəyin nəslindən olanların əlində olmuşdur. Sonra isə hamam kolxoza verilmişdir. Kolxozda hərəsi bir-iki il olmaqla hamamı 12 adam işlətmişdir. Hamam mazutla qızdırılırmış. Hamamdan istifadə qarşılığında 1 kq buğda və yaxud da 2 çörək, 2 yumurta ödəyirlərmiş. Hamama gələn suyun bir qolu Çıraqqaladan çəkilmişdir. Həmçinin, hamamda su quyusu da olmuşdur,lakin həmin quyu baxımsızlıqdan torpaqla dolmuş və itmişdir. Hamamın kanalizasiyasının hardan çəkilməsi və hara axıdılması indi də heç kimə məlum deyil. Hal-hazırda hamam istifadə edilmir.
Son xəbərlər