Facebook Pixel Code
GoMap XƏRITƏ
"İsmayılxan" (Şərq) hamamı
Baxış sayı:
  • Ünvan:
    Heydər Əliyev, Naxçıvan, AZ7000
Avtobus

Naxçıvan şəhərində, Heydər Əliyev prospekti və Təbriz küçəsinin kəsişməsində, Dədə Qorqud meydanında tarixi-memarlıq abidəsi. XVIII əsrin ortalarında Şərq memarlıq üslubunda inşa edilən bina giriş, xidmət zalı, çərhovuzlu çimərlik, xəzinə və ocaqxanadan ibarətdir. Ümumi sahəsi 526 m2-dir. Hamam planda düzbucaqlı formadadır. Bina 20x20x5 sm ölçüdə bişmiş kərpiclə inşa edilmişdir. Hamama giriş çatmatağlı portaldandır. Portalın eksteryeri kaşılarla bəzədilmişdir. Hamamın daxilinə geniş vestübüldən, soyunma zalına isə dar keçiddən daxil olmaq mümkündür. Soyunma zalı səkkizbucaqlı formadadır. Zalın divarları boyunca 6 ədəd dərin taxça yerləşdirilmişdir. Yuyunma zalının iki keçidi var. Keçidlərdən biri digər otağa açılır. Zalın mərkəzində 2x2 m ölçüdə çərhovuz inşa edilmişdir. 108 m2 sahəsi olan zalın tavanı sferik kümbəzlə örtülmüşdür. Hamam zalların divarlarına yerləşdirilmiş kiçik pəncərələr və kümbəzin üstündəki bacalarla işıqlandırılır. Hamamın xəzinəsi binanın qərbində, yuyunma zalına bitişik yerləşdirilmişdir. Xəzinədən açılan gözlükdən su götürülməsi üçün istifadə olunmuşdur. Hamamın su təchizatı kəhriz vasitəsilə ödənilmişdir. Xəzinənin altındakı ocaq hamamın isidilməsində əsas rol oynamışdır. Otaqlara istilik yeraltı kanallar vasitəsilə verilmişdir. Hamam Naxçıvan xanlarından biri olan Ismayılxanın adı ilə bağlıdır. Hazırda əsaslı təmir və bərpa edilmişdir. Tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.

 

Son xəbərlər