Facebook Pixel Code
GoMap XƏRITƏ
Çökək hamam
Baxış sayı:
  • Ünvan:
    Heydər Əliyev, Gəncə, AZ2000
Avtobus

Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında tikilmişdir. Bina kümbəzlidir. Ölkə əhəmiyyətli tarixi abidədir. Bina Gəncədə Azadlıq meydanının yaxınlığında yerləşir. “Çökək hamam” tarixi memarlıq abidəsi Şah Abbas məscidi abidə kompleksinə daxildir. 1603-cü ildə Gəncədə tikilən Çökək hamam orta əsr qanunlarına uyğun olaraq müsəlmanların pak olmaq, eyni zamanda müalicəvi əhəmiyyəti olan proseduralar gəbul edilən bir yer idi. Hamamın quruluşu maraqlıdır. Onun «Çökək hamam» adlandırılması texniki quruluşdan irəli gəlir. Suyun təzyiqini təmin etmək üçün bu hamamı çökəkdə inşa ediblər, tikilinin altında olan zırzəmi isə qızdırıcı soba rolunu oynayır. Belə ki, su qızdırılan zaman qazanın altında yandırılan odunun tüstüsü zirzəmiyə yönəldilir, buxar vasitəsi ilə hamamın altının və divarlarının qızdırılmasını təmin edilirdi. Digər tərəfdən isti suyun özünü də kirəmit borularla divarın içərisindən dolanma yolllarla istifadə nöqtəsinə çatdırırmışlar.

Hazırda binadan Dekorativ Sənət Mərkəzi kimi istifadə olunur. XII əsrə aid müxtəlif eksponatlar, yerli ustaların hazırladıqları sənət nümunələri böyük maraq doğurur.

http://uzaysel.azeriblog.com/2009/05/21/gence-sheherinin-tarixi-abideleri-mechulasiq

http://az.trend.az/news/official/chronicle/1072786.html

http://modern.az/articles/1924/1/

 

Son xəbərlər