Facebook Pixel Code
GoMap XƏRITƏ
İlk işıq yarımstansiyası
Baxış sayı:
  • Ünvan:
    Gədəbəy, AZ2121
Avtobus

Azərbaycanda ilk su elektrik stansiyası 1883 - cü ildə və ilk 29 km-lik dəmir yolu 1879 - cu ildə Gədəbəydə tikilmişdir. XIX əsrin ortalarında Gədəbəy rayonu ərazisində mis filizi yataqları kəşf edilmiş və 1855-1856-cı illərdə yerli sahibkarlar tərəfindən misəritmə zavodu tikilmişdir. Daha sonra həmin zavod Almaniyanın "Simens" şirkəti tərəfindən alınaraq, 1865-ci ildə yenidən qurulmuşdur. "Simens" şirkəti tərəfindən 1883-cü ildə Qalakənd misəritmə zavodu tikdirilmiş, 1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında dəmir yolu çəkilmişdir. Bu dəmir yolunda 4 lokomotiv, 33 vaqon hərəkət etmişdir. Bu gün də həmin yol ilə bağlı salınmış körpülər tarixi abidə kimi qalmaqdadır. 1883-cü ildə Qalakənd kəndində Çar Rusiyasi ərazisində ilk su elektrik stansiyası tikilmiş, Qalakənd misəritmə zavodunda elektroliz üsulu ilə mis əridilmişdir. Bu zaman Avtopanın mərkəzi şəhəri London, Paris, Sankt Peterburq şəhərlərində kerosin lampalarından istifadə olunduğu halda, Gədəbəydə elektrik işığından istifadə edilirdi.

Zaqafqaziyada ilk dəfə Gədəbəydə qurulmuş su elektrik stansiyası zavod və mədənin ərazisini emalatxana və binaları enerji ilə təmin edirdi.

http://azerbaijan.lux.az/gedebey.html

http://www.gadabaymks-az.webs.com/rayon.htm

Son xəbərlər