Facebook Pixel Code
GoMap XƏRITƏ
Naxçıvan buzxanası
Baxış sayı:
  • Ünvan:
    Heydər Əliyev, Naxçıvan, AZ7003
Avtobus

Naxçıvan şəhərində, İmamzadə kompleksinin yaxınlığında memarlıq abidəsi. Azərbaycan Respublikasında ən böyük buzxanalardan biridir. Planda düzbucaqlı formada olan buzxananın uz. 20 m, eni 9 m, indiki halda hünd. 9,6 m-dir. Yüksək texniki səviyyədə kərpicdən qurulmuş örtük konstruksiyasının mükəmməl həlli, naturada tikilməsi, bina örtüyünün uzununa, yüngül və dinamik konstruksiya sxemi tərzində yaradılması Naxçıvan buzxanasının səciyyəvi cəhətlərindəndir. Təxminən hər 3 m-dən bir qurulan çatmavarı tağlararası boşluq çatma tağbəndlə örtülmüşdür. Kərpic hörgü cərgələri yükdaşıyan tağlara nisbətən şaquli vəziyyətdə yerləşdirilmişdir. Binanın örtük hissəsinin kərpic hörgülərindən göründüyü kimi, tağların yuxarı hissəsində tağbəndlərin konstruksiyası dəyişir və balaca tağbəndlərlə tamamlanır. Bu balaca tağbəndlər binanın əsas oxu boyu yerləşdirilmişdir. Azərbaycan ərazisində buna oxşar buzxana Ordubad şəhərində vardır. Naxçıvan buzxanasının yüksək memarlıq həlli bu abidənin Naxçıvan memarlıq məktəbinin inkişafı dövründə (XII-XIV əsrlər) tikildiyini göstərir.

 

Son xəbərlər