Facebook Pixel Code
GoMap XƏRITƏ
Hacı Zeynal hamamı
Baxış sayı:
  • Ünvan:
    Bakı, Sabunçu, AZ1059
Avtobus
Hacı Zeynal hamamıBakının qədim kəndlərindən biri olan Kürdəxanıda qoçu Məşədi Aqil küçəsində yerləşən Hacı Zeynal hamamı XVII əsrə aid tarixi abidədir. Hacı Zeynal hamamı vestibül , soyunma zalı , aralıq kamerası , fərdi otağa malik yuyunma zalı , qaynar və soyuq su anbarı olan xəznə və odluq kamerası olan külxanadan ibarətdir. Hamam iki günbəzlidir. Hamamın giriş qapısı tağ şəklindədir. Hamamın soyunma bölməsi mürəkkəb , olduqca ifadəli kompozisiyaya malik bir zaldır. Yuyunma bölməsi soyunma bölməsinin identik formasını təkrar edir və bilavasitə qaynar və soyuq su olan xəznə ilə bağlıdır. Hamamın odluq bölməsi tədric olunmuşdur , buraya keçid binanın bayır tərəfindəndir. Ümumilikdə hamamın daxili məkanında yerli arxitektur , konstruktiv forma və üsullar çox gözəl açıqlanmışdır. Hamam bir gün kişilər , qalan günlər isə qadınlar üçün fəaliyyət göstərərmiş. Hamam keçən əsrin 70 – ci illərinə qədər fəaliyyət göstərmişdir.
Son xəbərlər