Facebook Pixel Code
GoMap XƏRITƏ
Qazançı körpüsü
Baxış sayı:
  • Ünvan:
    Culfa, AZ7219
Avtobus

Culfa rayonunun Qazançı kəndinin cənub tərəfində, Əlincəçay üzərində inşa edilmiş tarixi-memarlıq abidəsi. Körpü xalq arasında “Qozbel körpü” adı ilə də məşhurdur. Körpü XVI-XVII əsrlərdə Şərq memarlıq üslubunda tikilmişdir. Böyük Ipək yoluna xidmət edən bu körpü vasitəsi ilə vaxtilə Qazançı kəndindən şərq istiqamətində uzanan və Ordubad ərazisində əsas yola birləşən karvan yolları keçmişdir. Körpü nisbətən yaxşı qalsa da, nəqliyyat üçün yararsızdır. Bununla belə o, Azərbaycanın biraşırımlı körpülərinin ən yaxşı nümunəsi sayılır. Körpünün eni 3,55 m, uzunluğu 10,85 m, hündürlüyü 8,8 m-dir. Körpü azca yonulmuş çapma daşlardan tikilmişdir. Tağların haşiyə və arxivoltu təmiz yonulmuş qumdaşındandır. Bunun sayəsində tağların kənarı körpü divarının yonulmamış səthindən fərqlənərək onun konstruksiyasını nəzərə çatdırır.

 

Son xəbərlər