Facebook Pixel Code
GoMap XƏRITƏ
Gəncə darvazası
Baxış sayı:
  • Ünvan:
    M-2 Gəncə, Gəncə, AZ2005
Avtobus

Gəncə darvazası - 1063-cü ildə Şaddadilər sülaləsindən olan Şəvur qərara alır ki, Gəncə ətrafında möhtəşəm qala tikdirsin və şəhərin müxtəlif istiqamətlərindən girişinə altı böyük darvaza qoydurur. Şavurun əmriylə həmin darvazanı 1063-cü ildə azərbaycanlı usta İbrahim ibn Osman hazırlayır: “Gəncə qalası, yaxud iç qala üçün düzəldilmiş dəmir darvazanın üzəri döymə üsulu ilə naxış və ornamentlərlə bəzədilmişdir. 1139-cu ildə baş verən dağıdıcı zəlzələ nəticəsində Gəncə şəhəri demək olar ki, yerlə yeksan olmuş, şəhərin cənub qərbində yerləşən Kəpəz dağının üst hissəsi qoparaq Ağsu çayının qabağını kəsmiş, nəticədə «Göy göl» və bir neçə digər göllər yaranmışdır. Faciəvi zəlzələnin nəticələrindən faydalanmaq fikrinə düşən Gürcü çarı I Demetri müdafiəsiz Gəncəyə basqın edərək xeyli qənimətlə geri dönür. O, Gəncə qalasının dəmir darvazasını da özü ilə apararaq Kutaisidəki Gelati monastırına qoyur. Bu gün də həmin darvazanın bir tayı sözügedən monastırın həyətində çar IV Davidin qəbri qarşısındakı divara bərkidilib. Darvazanın salamat qalan tayının üzərində Kufi xətlə, ərəb dilində yazılmış belə ifadələr (tərçüməsi) var: "Rəhmli və mərhəmətli Allahın Adı ilə! Həşəmətli Mövlamız və Əmrimiz Seyid Savur ibn Əl-Fəzl – Allah onun hökmranlığını uzun etsin – bizə bu qapını Qazi Əbül Fərəc Məhəmməd ibn Abdullanın inayəti ilə qurmağı əmr etdi – Allah ona da müvəffəqiyyət versin. Dəmirçi İbrahim ibn Osman Ənqaveyhin işi. Beşinci, əllinci, dörd yüzüncü il hicri" (1063-cü il). Maraqlıdır ki, Gelati monastırına gələnlərə guya Gürcü çarının Gəncəni döyüşlə tutduğu və darvazanın zəfər rəmzi kimi Gürcüstana gətirildiyi fikri aşılanır. Əslində o vaxt gürcülərin Səlcuq hökmdarlarına qarşı qoya biləcəkləri qüvvələri yox idi. Darvazanın digər tayının aqibəti haqda isə Azərdaycan Sovet Ensiklopediyasının IV cildində belə məlumat verilir: «XVIII əsrdə monastır təmir olunarkən, Gəncə darvazasının bir tayı dam örtüyünə istifadə olunmuşdu. Köhnə tapılmış arxeoloji materiallar əsasında, qədim Gəncə darvazası bərpa olunmuşdur. Bu qapıların hündürlüyü 3m 70 sm, eni isə 3m 40 sm-dir. Darvazanın hissəsində 56 müxtəlif tökmə dəmir listlər var və onlar da biri-birinə çarmıxlarla möhkəm bağlanıb.

http://www.gencekitab.az/darvaza.shtml

http://www.bizimyol.az/?mod=news&act=view&nid=32203

http://www.ganca.net/aze/darvaza.html

Son xəbərlər