Facebook Pixel Code
GoMap XƏRITƏ
Qala divarları
Baxış sayı:
  • Ünvan:
    Mirzə Fətəli Axundzadə, Şəki, AZ5503
Avtobus

Qala divarları (Şəki) - Şəki rayonu ərazisində digər maddi-mədəniyyət abidələri ilə bərabər müdafiə tikililərinin də varlığı bu diyarın böyük strateji əhəmiyyətə, qədim və keşməkeşli tarixə, zəngin tikinti təcrübəsinə malik olduğunu göstərir. Daşdan tikilmə Şəki qalası təpənin üstündə ucaldılmışdır. Qalanın Şirvan və Gəncə adlı iki darvazası var. Şəki qalası şəhərin daha yüksəkdə yerləşən hissəsində, şimal-şərqində yerləşir və Şəki xan sarayını da əhatə edir. Qala təkcə hərbi-strateji cəhətdən deyil, həm də mikro iqlimi cəhətdən çox əlverişli şəraitə sahib yerdə yerləşir. Qala ilk Şəki xanı olan Hacı Çələbi xanın (1743-1755) hakimiyyəti dövründə tikilmişdir. Qala divarlarının ümumi uzunluğu 1300 m, ərazisinin relyefi və müdafiə əhəmiyyəti nəzərə alınaraq qalanın cənubdan hündürlüyü 8 metr olduğu halda, şimala doğru 4 metrə enir. Qala divarlarının qalınlığı 2.2 m-dir. Qalanın cənub və şimal tərəflərdən iki darvazası və mühafizəsi üçün nəzərdə tutulmuş bürcləri və 1000-dən artıq mazğaları vardır. Təbii bir hadisədir ki, Şəki Rusiyanın tərkibinə daxil olduqdan təxminən 50 ilə yaxın sürən bərpa işləri boyunca qalanın əvvəlki planına yetərincə dəyişikliklər edilmiş, lakin ümumilikdə qala öz əvvəlki görünüşünü qoruyub saxlaya bilmişdi. Şəki xanlığının iqamətgahı olan “Xan sarayı” da qalanın şimal şərqində yerləşir.

Son xəbərlər