Facebook Pixel Code
GoMap XƏRITƏ
Qaraböyük xanım bürcü
Baxış sayı:
  • Ünvan:
    Seyid Şuşinski, Şuşa, AZ5800
Avtobus

Qara Böyük Xanım qəsri – Şuşa şəhərində yerləşir. Şəhər qalanın üstün strateji yerlərində dördbucaq planlı, iç həyətli qəsrlər tikilmişdi. Bu qəsrlər hər şeydən öncə içərisində mudafiə alayı yerləşən qala tikililəri idi. Həm də şəhər qalasının kənarlarında, hündür yerlərdə tikilmiş bu qəsrlər şəhər çevrəsini tam nəzarət altında saxlamaq və qalaya olan hücumların xarakter və istiqamətini müəyyənləşdirib müdafiəni təşkil etmək məsələlərində həlledici rol oynayırdı. Onlardan indiyə yalnız ikisi - Pənah xan qəsri və Qara Böyük Xanım qəsri qalıb. Giriş qapısı üstündəki kitabəyə görə Qara Böyük xanım qəsri 1768-ci ildə tikilmişdir. Ölkə əhəmiyyətli memarlıq abidəsidir.

Son xəbərlər