Facebook Pixel Code
GoMap XƏRITƏ
Şabran qalası
Baxış sayı:
  • Ünvan:
    Xaçmaz-Xudat-Yalama-Rusiya, 1721
Avtobus

Şabran qalası - Şabran kəndindəki qədim şəhərin qalıqlarının qorunduğu qoruqda yerləşir. Qədim Şabran şəhərinin qalıqlarının yerində indi eyniadlı kənd yerləşir. 1979-1989-cu illərdə şəhərin ərazisində qazıntı aparıldı. Nəticədə qədim şəhərin və Şabran qalasının qalıqları aşkar olundu. X əsrə aid olan Şabran qalasının qalıqlarının bir çox hissəsini sel yuyub aparıb. Alimlər tərəfindən sübut olundu ki, bu qala müdafiə məqsədi ilə tikilib. Qalanın divarları yarımdairəvi qüllələrlə bərkidilib. Tikinti zamanı əhəngdaşı, çay daşı və yandırılmış kərpicdən istifadə olunub. Qala XIII əsrə qədər mövcud olub. Monqollar tərəfindən dağıdılmış qalanın qərb hissəsində XIV əsrdə kiçik qəsr tikilib. O, dördbucaq şəklindədir və Mərdəkan qalalarını xatırladır. Memarlar tikinti zamanı qarışıq hörmədən istifadə ediblər. Şair Xaqani Şirvani (XII əsr) bir müddət bu qalada məhbəs həyatı yaşayıb. Hər tərəfi qırmızı kərpicdən hörülən və “karser”i xatırladan bu yer dövrümüzə qədər gəlib çatmışdır. Oranın heç bir qapı-pəncərəsi olmayıb. Məhbus şairi ora bacadan ip vasitəsilə sallayıblar. Şair burada "Həbsiyyə" adlı şerlər silsiləsini yazmışdır.

http://www.musavat.com/new/G%C3%BCnd%C9%99m/74290-ET%C4%B0BAR_P%C4%B0RVERD%C4%B0YEV_%C5%9EABRANDA_D%C6%8FV%C6%8F_S%C3%9CR%C3%9CS%C3%9C_SAXLAYIR

Son xəbərlər