Facebook Pixel Code
GoMap XƏRITƏ
Aydınbulaq qəsri (IX-XIII əsr.)
Baxış sayı:
  • Ünvan:
    Şəki, AZ5535
Avtobus

Aydınbulaq kəndindəki dördbucaqlı qəsr Şəkinin cənub-qərbində 20 km məsafədə yerləşir. Qəbələ mahalının müdafiə qurğularında müşahidə məntəqəsi vəzifəsini yerinə yetirirdi. Bizim zəmanəmizə qədər şimal və şərq divarlarının uçulmuş çıxıntıları qalmışdır. Qala planda kvadrat formasındadır, planda çevrənin dörddə üç hissəsini təşkil edən küncləri dairələnmiş çıxıntılarla bərkidilmişdir. Qalanın hər tərəfinin uzunluğu 8,8 metrdir Şərq divarında qalmış yuvalara əsasən onun daxildən üç yarusa bölündüyü aşkar olunur, lakin onlardan heç biri qalmamışdır. Divardakı yuvalar göstərir ki, konstruktiv olaraq onlar yastı ağac örtüklərdən ibarət olmuşdur. Qalanın ən yuxarı örtüklərindən heç bir iz qalmadığı üçün onun haqqında mühakimə yürütmək mümkün deyil.

Uçmuş halda qala 10,5 m hündürlüyündədir. Birinci mərtəbənin hündürlüyü 4 m, ikincininki 2,8 m, üçüncü mərtəbəninki isə 2,6 m-dir. Aşağı hissədə (bünövrədə) divarın qalınlığı 1,2 m-dir. Divar boşluğu şərq divarında yerləşdirilmişdir. Axırıncı mərtəbələrdə ensiz pəncərə boşluqları var. Yuxarı mərtəbələrə çıxış necə həyata keçirilirdi? Bəzi misallardan görünür ki, yuxarı mərtəbələrə söykənən nərdivanlarla qalxırlarmış. Qala bacasının izləri nəzərə çarpır. Məlum olduğu kimi, Abşeron qalalarında su təchizatı istehkamın həyətində qazılmış quyular vasitəsilə həyata keçirilirdi. Bəzi yaruslarda divarın bütün qalınlığı boyunca kiçik deşiklər—vertikal kanallar keçirdi ki, bunun vasitəsilə də çirkablar bayıra çıxarılırdı. Aydınbulaq kəndindəki bürc tədqiq edilərkən divarlarda deşik aşkar olunmamışdır. Quyu da olmamışdır. Bu, bir daha onu göstərir ki, bürc müşahidə məntəqəsi vəzifəsini daşıyırdı. Bürcün divarları çay daşları ilə tikilmiş və kobud yonulmuş daşlarla üzlənmişdir. Abşeron qalalarında olduğu kimi, burada da divarların üz örtüyünün möhkəmliyini və monolitliyini təmin etmək üçün içəridən dikinə qoyulmuş böyük ölçülü daşlarla hörülmüşdür. Qeyd etmək maraqlıdır ki, qapıüstü örtükləri, mərtəbələrarası örtüklər və həm də divarların bərkidilməsində arçan ağac növündən istifadə edilmişdir.

Xarakterik cəhətdir ki, arçan ağacı Orta Asiya memarlıq abidələrində geniş tətbiq edilmişdir.

Bürcdə heç bir yazı yoxdur, odur ki, onun tarixini təyin etmək çətindir. Kompozisiya-planlaşdırmaya və eyni zamanda elementlərin konstruktiv xüsusiyyətlərinə görə XIII—XIV əsrlərin Abşerondakı müdafiə tikintilərinin eynidir.

http://umidde.azeriblog.com/2009/03/31/qalalar

 

Son xəbərlər