Facebook Pixel Code
GoMap XƏRITƏ
Şapurqala (Şahbuz qalası)
Baxış sayı:
  • Ünvan:
    Keçili kənd yolu, Şahbuz, AZ7113
Avtobus

Dağ keçidlərində inşa edilmiş qalalardan biri də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, Naxçıvançayın sol sahilində yerləşən Şapurqaladır. Sahəsi 1300 kv.m olan bu qala hündür dağın zirvəsindəki qayalıq üzərində yerləşir. Qalaya yalnız dar cığırla cənub-şərq tərəfdən qalxmaq mümkündür. Qalanın yerləşdiyi sahə çoxbucaqlı meydança şəklindədir. Qalada qayada çapılmış düzbucaq biçimli, sahəsi 10-14 kv.m olan otaqlara təsadüf edilmişdir. Qapı açırımının eni 0,8-1 m-dir. Qalanın mərkəz hissəsində bişmiş kərpicdən inşa edilmiş, lakin tamamilə dağıdılmış tikili qalıqları qeydə alınmışdır. Burada 2,5x2,5 m sahədə aparılmış yoxlama qazıntı mədəni təbəqə yatımının 50 sm təşkil etdiyini göstərmişdi. Qazıntı zamanı bişmiş kərpiclərdən qurulmuş dairəvi biçimli ocaq qalığı aşkarlanmış, dən daşlarının qırıqları tapılmışdır. Qalanın kiçik meydança hissəsində, qayada diametri 1,2 m, dərinliyi 1,3 m olan quyu oyulmuşdur. Quyunun su və ya ərzaq ehtiyatı üçün oyulduğu ehtimal edilir.

Şapurqalanın ərazisindən tapılmış orta əsrlərə aid xeyli saxsı qab nümunələri XVI əsrədək buranın gözətçi məntəqəsi kimi istifadə olunduğunu göstərir.

Vəli Baxşəliyev Azərbaycan arxeologiyası

Son xəbərlər