Facebook Pixel Code
GoMap XƏRITƏ
Ramana qalası
Baxış sayı:
  • Ünvan:
    Baba Babazadə, Bakı, Sabunçu, AZ1037
Avtobus
Ramana qalası - Ramana neft mədənləri arasında yerləşir və tarixən Azərbaycanda neft sənayesinin mərkəzlərindən olub. «Bakının 32 kəndi» kitabında yazılır ki, kəndin əsası eramızın təqribən 84-cü və 96-cı illər arasında Roma imperiyasının XII İldırımsaçan Legionundan Maksimus Liviusun rəhbərliyi altında bir qrup əsgər tərəfindən qoyulub. Ramana qalası Bakının Ramana kəndində XIV əsrə aid qaladır. Qalanın hüdürlüyü 15 metrdir. Ağ daşdan tikilən qalanın dəqiq tikilmə vaxtı bəlli deyil. Güman ki, müdafiə məqsədi ilə tikilib və Şirvanşahlar dövləti dövründə qəsr kimi istifadə olunub. Ramana qalasından "Koroğlu", "Nəsimi" və "Babək" filmlərinin çəkilişində istifadə olunub. Və elə qala sonuncu dəfə bu filmlərdən birinin, "Koroğlu"nun çəkilişi zamanı, 1956-cı ildə bərpa olunub. O zaman qala dağınıq vəziyyətdə olub. Tarixçilər Ramana qalasından Qız qalasına vaxtilə yeraltı yolun olduğunu qeyd ediblər. Qala divarlarına qalxmaq üçün divarın sol tərəfində iki pilləkən var. Onlardan biri ilə, burma daş pilləkən vasitəsilə divarın içərisindən yuxarıya, təxminən yarım metr çölə tərəf tikilən dəhlizə qalxmaq mümkündür. Digər daş pilləkən isə qalanın həyətindən yuxarıya tərəf qalxır. Bu pilləkənlər vasitəsilə qala divarlarına qalxıb kəndi seyr etmək mümkündür. Qalanın içərisindən yuxarı qalxmaq üçün tikilən pilləkən uçduğundan yarıda kəsilir. Vaxtilə qalada quyu da olub. Lakin illər keçdikcə, quyu baxımsızlıq üzündən zibillə dolub və nəticədə tamamilə tutulub. Qala divarlarından bayırda, sağ tərədə qayaya bənzər iri daş parçası ilk baxışdan diqqəti cəlb etməsə də, belə demək mümkünsə, özü-özlüyündə mahiyyət etibarilə xoş bir hadisəni yaşadır: Dahi Bülbül Koroğlunun ariyasını məhz bu daşın yanında ifa edib. Elə kənd sakinləri də kəndi ziyarət edib, tarixi abidələrini seyr edən hər kəsə bu iri daş parçasını məhz bu cür təqdim edirlər.http://www.contact.az/docs/2014/Want%20to%20Say/041600075737az.htm#.V06u__mLTIU http://www.anl.az/down/meqale/medeniyyet/medeniyyet_aprel2009/74396.htm
Son xəbərlər