Facebook Pixel Code
GoMap XƏRITƏ
Zaqatala qalası
Baxış sayı:
  • Ünvan:
    Sülh, Zaqatala, AZ6204
Avtobus

Çar Rusiyası dövründə Zaqatala Dağıstan vilayəti, Tiflis və Yelizavetpol quberniyalarıyla sərhəddə yerləşirdi. Onların heç birinə tabe olmadan, Zaqatala dairəsi kimi ayrıca statusa malik idi. Dairəni hərbi, mülki və inzibati hakim hüquqlu şəxs - hərbi rəis idarə edirdi. Qalada toplarla təchiz edilmiş güclü qarnizon saxlanılırdı. Məşhur «Potyomkin» zirehli gəmisinin cəzalanmış matrosları hərbi dairənin mərkəzindəki Zaqatala qalasına gətirildikdən sonra burada bolşevik əhval-ruhiyyəsi güclənir. Gəlmələrlə yerli inqilabçı ruhlu insanlar birləşib quruluş əleyhinə mübarizəyə başlayıblar. Təsadüfi deyil ki, 1863-cü ildə burada tarixə düşmüş Zaqatala üsyanı baş verib. Yüz il əvvəlsə çar hökuməti inqilabi əhval-ruhiyyədən qorxaraq bir müddət dairədə hərbi vəziyyət elan edib. Hazırda XIX əsrin 30-cu ilində rusların gəlişindən sonra tikilmiş Zaqatala qalası dövlət tarix mədəniyyət qoruğu kimi mühafizə edilir. Qala 1830-cu ildə Zaqatala şəhəri ərazisində tikilmişdir. Amma, açıq demək lazımdır ki, yaranışından son illərədək hərbçilərin məskəninə çevrilmiş bu abidə kobud rəftar və tarixə etinasızlıq üzündən müəyyən mənada öz simasını itirib. Yaxınlarda qaladakı hərbi hissə köçürüldükdən sonra vəziyyətin yaxşılaşacağını güman etmək olar. Məsələn, qaladan üç istiqamətə aparan bir neçə kilometrlik yeraltı yollar bərpa edilib əvvəlki görkəminə salınarsa, hər şey bir yana, ən azı turistlər üçün böyük maraq doğurar. Necə ki, buradakı fauna muzeyi gəlib-gedənlərin diqqətindən kənarda qalmır.

http://www.medeniyyet.az/site/?name=content&content=3831

http://zaqatala.my1.ru/index/0-10

 

Son xəbərlər