Facebook Pixel Code
GoMap XƏRITƏ
Şamil qalası
Baxış sayı:
  • Ünvan:
    Qax, AZ3417
Avtobus

Şamil qalası - İnşa tarixi XIX əsrin ortalarına aid edilən bu abidə Qax rayonunun İlisu kəndini əhatə edən dağlardan birinin, Yezlidağın üstündə tikilib. Dairəvi formada inşa olunan qalaçanın diametri 7,4 metrə yaxındır. Çay daşı və əhəng məhlulu ilə tikilmiş qalaçanın ətrafı boyunca atəş açmaq və müşahidə aparmaq üşün mazğallar vardır. Qalaçada İlisuya gələn bütün yolları müşahidə etmək, eləcə də nəzarətdə saxlamaq mümkündür. Kənddən qalaçaya araba yolu salınmışdır. Qalaça yerli əhali arasında həm də Şamil qalası kimi də tanınır və maraqlı tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Şamil qalasının xarabalıqlarından Dağıstanla aramızda son yaşayış məntəqəsi olan Sarı-baş qülləsi görünür.

http://qaxdan.wordpress.com/2010/11/04/samil-qalasi-2/

Son xəbərlər