Facebook Pixel Code
GoMap XƏRITƏ
Qoşa qala qapısı
Baxış sayı:
  • Ünvan:
    Böyük Qala, Bakı, Səbail, AZ1000
Avtobus
Qoşa qala qapıları - İçərişəhərə əsas girişlərdən biri Qoşa Qala Qapısıdır (Şamaxı Darvazası). Qoşa Qala Qapısı (XII əsr) köhnə şəhərə giriş, hündürlüyü 8-10 metr, eni 3-3,5 metr olan qala divarları ilə əhatə olunur. 1868-ci ildə Bakının hərbi qubernatoru şəhərin abadılaşdırılması, onun hərbi müdafiə istehkamı kimi ləğv edilməsi məqsədilə qala divarının sökülməsi məqsədilə Qafqaz Hərbi Dairəsinə müraciət edir. Beləliklə xaricdən ikinci qala divarının sökülməsinə icazə verilir. 1886-cı ildə Dumanın iclasında bu məsələ bir daha qaldırılır və qərara alınır ki, sökülən ikinci qala divarında olan Zülfüqar xanın darvazası adlanan qapı birinci qala divarında yerləşən Şah Abbas darvazası yanında qurulsun. Beləliklə hazırda Gənclər meydanına çıxan ikinci darvaza açılır. Sonradan İçərişəhərə daha bir neçə giriş qapısı açırlar. İçərişəhərə əsas giriş Qoşa qala qapıları və Salyan darvazası istiqamətində olmuşdur. Bu karvan yollarının keçməsi ilə əlaqədar idi. Belə ki, şimaldan – Rusiyadan gələn ticarət karvanı Şamaxı tərəfdən, yəni Qoşa qala qapılarından keçər, Salyan darvazasından çıxardı. Həmçinin, cənubdan – İrandan gələn ticarət karvanı Salyan darvazasından girər, Şamaxı darvazasından çıxardı. Darvazalar Tağbənd formada tamamlanır. Tağbəndin üzərində ərəb əlifbası ilə inşaat yazısı və qabarıq şəkildə şəhərin rəmzi olan öküz başı və şir rəsmləri həkk olunub. Tarixçilərin fikrincə bu simvolik təsvirlər öküzün rəhbər, şir rəsmlərinin onun müdafiəçiləri, keşikçiləri olduğuna işarə edir. Qala divarlarının şimal tərəfində 1959-cu ilin ortalarında aparılan bərpa işləri zamanı tapılmış daş kitabədən məlum olur ki, Bakının qala divarları Şirvanşah III Maniçöhrün göstərişilə təqribən 1138/1139-cu illərdə inşa olunub. http://www.youtube.com/watch?v=X3BcaUtS4X0
Son xəbərlər