Facebook Pixel Code
GoMap XƏRITƏ
Qız qalası
Baxış sayı:
  • Ünvan:
    Zəngilan, AZ6401
Avtobus

Zəngilan rayonun Bartaz kəndi ilə Vejnəli kəndi arasında hündür bir dağın üstündə xalq arasında Qız qalası adlanan bir qala da var idi. Qala əsasən müşahidə məntəqəsi rolunu oynamışdır. Çünki, yoldan xeyli aralı və yüksəklikdə olan və bir o qədər də böyük olmayan belə bir qala nə sığınacaq, nə də müdafiə istehkamı rolunu oynamayıb. Orta əsr müdafiə qalaları və sığınacaqlar hündür və geniş bir ərazidə inşa edilir və onun ətrafı ya təbii şəraitlə qorunurdu, ya da ki, qalanın ətrafına hündür divar çəkilir və müəyyən məsafələrdən bir bürclər inşa edilirdi. Burada biz onlara təsadüf etmirik. Bunlara əsasən deyə bilərik ki, Bartaz qız qalası müşahidə məntəqəsi rolu oynamışdır.

http://zengilan.com/tarix.php?subaction=showfull&id=1193302307&archive=&start_from=&ucat=4&

 

Son xəbərlər