Facebook Pixel Code
GoMap XƏRITƏ
Qala divarları
Baxış sayı:
  • Ünvan:
    Şərur, AZ6837
Avtobus

Qala divarları (Oğlanqala) - Oğlanqala Şərur rayonundakı eyniadlı kəndin şimal-şərqində, hündürlüyü 140 metr olan Qaratəpə dağı üzərində yerləşir. Tədqiqatlar göstərir ki, qalada yaşayış miladdan öncə 2-ci minilliyin sonu-1-ci minilliyin əvvəllərində başlasa da, onun müasir dövrədək saxlanan qala divarları Orta Dəmir dövrünə aiddir. Arxeoloji abidədəki narınqalanın tədqiqi zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri başlıca olaraq Orta və Son Dəmir dövrünə aid olub, amma orta əsrlər və 20-ci əsrin əvvəllərinə aid arxeoloji materiallar da aşkar olunub. Qazıntı zamanı abidədə aşkar olunan mixi yazılar miladdan öncə 8-7-ci əsrlərə aiddir. Həmçinin çuxurların birindən üzərində mixi yazı olan saxsı parçası tapılıb. Bundan başqa Dəmir dövrünə aid ağ rəngli üzvi qarışığı olan bir neçə döşəmə qatı aşkar edilib. Abidənin divarlarındakı bəzi sıralarda rustikalı (qabartmalı) yonulmuş daşlara rast gəlinir. Bu tip daşlar Şərqi Anadolu və Cənubi Azərbaycan abidələrində miladdan öncə 7-ci əsrdən istifadə edilib. Bu, Oğlanqalanın divarlarının daha əvvəlki dövrlərdə tikildiyini təsdiq edən faktlardan biridir. Yaşayış yerinin məkkəzi hissəsində Narınqala yerləşir. Narınqalanın sahəsi 320 kv. m, qala divarları bəzi yerlərdə yarımdairəvi, bəzən isə girintili-çıxıntılı ziqzaqlarla möhkəmləndirilmişdir. Divarların tikintisində bəzən bir neçə ton ağırlığı olan daşlardan istifadə edilmsişdir. Bəzi yerlərdə divarın hündürlüyü 3 metrə çatır. Qala divarının içərisində ona bitişik dördkünc formalı bina qalıqları vardır. Qala divarlarına bitişik binalar həm də müdafiə məqsədi daşımışdır. Tədqiqat əsasən qalanın Narınqala hissəsində aparpılmışdır. Müəyyən olunmuşdur ki, Narınqalada relyefdən asılı olaraq mədəni təbəqə 5,4 m dərinliyədək davam edir. Tədqiqat zamanı 1988-1989-cu illərdə aşkar olunan sütunlu salonun bir qismi təmizlənmiş, yeni sütun altlıq ları aşkar olunmuşdur. Qala divarları üzərində çiy kərpicdən tikililər və möhkəmləndirilmiş yarımdairəvi bürclər olub. Qala divarlarının dəfələrlə bərpa olunması, xüsusilə cənub tərəfdən daha çox dağıntıya məruz qalması Oğlanqalanın yadellilərə qarşı inadlı mübarizə apardığını göstərir.

http://az.itv.az/elm/3905.txt

http://www.anl.az/down/meqale/palitra/2010/iyun/125075.htm

http://www.nakhchivan.az/portal-1/arxeoloj-qaz.htm

Son xəbərlər