Facebook Pixel Code
GoMap XƏRITƏ
Surxay xan qalası
Baxış sayı:
  • Ünvan:
    Filfili kənd yolu, Oğuz, AZ4816
Avtobus

Surxay xan qalası - Azərbaycanın qəhrəmanlıq tarixi və memarlıq mədəniyyətinin gözəl nümunələrindən biri də Oğuz rayonunun Yuxarı Filfilli kəndindəki Surxay xan qalasıdır. Qala düzbucaqlı formada olub, hündür qaya üzərində ucaldılıb. Eni 1 metrə yaxın, hündürlüyü təxminən 10 metr olan qala divarları qayanın düz uçurumunda bənd edilib. Qala əsasən çay daşından və kərpic məhlulundan hörülüb. Əfsus ki, qalanın divarları bir neçə yerdən dağılıb. Bütün müdafiə qalaları kimi, Surxay xan qalasının da gizli yolu olub. Bu yol adətən mühasirədən çıxmaq, yaxud həmin yol vasitəsilə ətrafla əlaqə yaradarkən düşməni duyuq salmamaq üçün nəzərdə tutulub. Qalaya yeraltı su kəməri də çəkilib. Bu isə yadellilərin hücumları zamanı əhalinin müdafiə üçün qalaya çəkilməsi və uzun müddət burada yaşamasına dəlalət edir. Qalanın ətrafındakı yaşayış evlərinin xarabalıqları bu gün də qalmaqdadır. Qala XVIII əsrdə Dağıstan feodalı Surxay xan tərəfindən tikilib, Nadir şahın Dağıstana və Azərbaycana hücumları zamanı dağıdılıb.

http://medeniyyet.az/site/?name=content&content=5081

Son xəbərlər