4.6.2012
  
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda ov edilməsi qadağan olan ərazilərin siyahısını açıqlayıb.
4.6.2012
  
Röyanın və yerli klip bazarının ən bahalı ekran işi təqdim edildi. Nailə Mirməmmədlinin Cavid Qurbanovun sözlərinə bəstələdiyi “Unutmaq istədim” adlı mahnısına çəkilmiş klip artıq internet istifadəçilərinin ixtiyarına verilib. Müğənni tərəfindən 80 min avro dəyərində qiymətləndirilən ekran işi özünü doğruldub. Tamaşaçı 4 dəqiqə 7 saniyəlik videoçarxda gözəl bir ssenarini izləmiş olur.
4.6.2012
  
Böyük Britaniyada psixoloqların apardıqları araşdırmalara görə, hətta beş yaşında olan uşaqlar kliniki depressiyadan və həyəcandan əziyyət çəkirlər.
4.6.2012
  
Bu gün Bakı vaxtıyla saat 16.12 dəqiqədə 2012-ci ilin ikinci astronomik hadisəsi - adi ay tutulması baş verəcək. Bu kosmik hadisə demək olar ki, Rusiyanın Uzaq Şərq regionu ərazisini bütünlüklə əhatə edəcək. Hətta Petropavlovsk və Kamçatkada tutulma maksimum dərəcədə - 37 faiz görünəcək.
4.6.2012
  
Hindistanda çay kənarında dostları ilə oynayan 12 yaşlı Anil Barela adlı uşaq 9 santimetr uzunluğunda balıq udub.
4.6.2012
  
Ötən gün “Qəbələ” Futbol Klubunun təşkilatçılığı ilə 15 yaşlı futbolçular arasında keçirilən “Qəbələ kuboku-2012” birinci beynəlxalq futbol turnirinin final qarşılaşması olub. Saat 20:00-da Qəbələ şəhər stadionunda keçirilən final oyununda Türkiyənin “Qalatasaray” və “Serbiya MK” klubları qarşılaşmışlar.
4.6.2012
  
Bu ilin sentyabrında Bakıda keçiriləcək "FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012"nin açılışında səhnə alacaq məşhur amerikalı ifaçı Cenifer Lopes Azərbaycan paytaxtının sakinləri və qonaqlarını salamlayıb.
4.6.2012
  
Möhkəm və uzun müddət dostluq münasibətində olanlar depressiya pozğunluğundan, ürək xəstəliklərindən daha az əziyyət çəkirlər. İnsanın dostu çoxdursa, fiziki və psixi sağlamlığı da möhkəm olur.
4.6.2012
  
Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi, görkəmli şair və tərcüməçi, repressiya qurbanı Əhməd Cavadın 120 illik yubileyi qeyd ediləcək.
1.6.2012
  
Maddələr mübadiləsi insan sağlamlığında önəmli olduğu qədər sağlamlıq və gözəl yaşayış üçün əsas şərtlərdən də biri tez-tez su içməkdir. Mütəxəssislər gündəlik həyatda su ehtiyacının qarşılanmasının lazımlığı ilə bağlı bir sıra tövsiyələr irəli sürürlər:
1.6.2012
  
Azərbaycanda ümumvətəndaş (xarici) pasportlarının verilməsi qaydalarına dəyişikliklər ediləcək. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Qanuna dəyişikliklərlə bağlı qanun layihəsi hazırlanıb.
1.6.2012
  
Bakı Metropoliteninin paytaxtın mərkəzində yerləşən «28 May» stansiyasının əsas giriş-çıxışı təmirə bağlanır. Stansiyanın Salatın Əsgərova küçəsində yerləşən giriş-çıxışı isə fəaliyyətini davam etdirəcək.
1.6.2012
  
Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri dəyişdirilib. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Elşad Hüseyn oğlu İskəndərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
1.6.2012
  
Azərbaycanda lüğətçilik sahəsində indiyədək toplanmış materialların elektron bazası yaradılacaq. Bunu cümə axşamı Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Lüğətçilik şöbəsinin müdiri, Dövlət Dil Komissiyasının üzvü İsmayıl Məmmədov deyib.
1.6.2012
  
Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidməti (DSXX) tərəfindən 2012-ci il çimərlik mövsümünə start verilib.
1.6.2012
  
Tərkibində “pis” yağlar (qatı və ya transyağlar) olan qidanın tez-tez qəbulu ürəyin fəaliyyətinə mənfi təsir göstərir. Bu artıq çoxdan məlumdur. İndi isə belə aydın olmuşdur ki, qatı yağlılıq qadınlarda koqnitiv funksiyaları və hafizəni korlayır.
1.6.2012
  
Azərbaycanın milli kulinariya komandası mayın 12-17-də İspaniyanın Tenerife şəhərində keçirilən "Həyatın dadı" VII beynəlxalq kulinariya çempionatında iştirak edib. Azərbaycan Milli Kulinariya Assosiasiyası İctimai Birliyinin rəhbəri Tahir Əmiraslanov keçirdiyi mətbuat konfransında bildirib ki, müsabiqəyə 4 ölkə - Azərbaycan, Ukrayna, Polşa və İspaniya qatılıb.
1.6.2012
  
Türkiyənin tanınmış müğənnisi Sərdar Ortacın Bakı konsertinin biletləri satışa çıxarılıb. Konsertin təşkilatçısı Nahid Emiloğlunun verdiyi məlumata görə, iyunun 23-də Heydər Əliyev Sarayında keçiriləcək konsertin biletləri 65-250 manat arasındadır.
31.5.2012
  
Bu gün Azərbaycanın ümumtəhsil məktəblərində “Son zəng” keçiriləcək. Təhsil naziri Misir Mərdanovun əmrinə əsasən, “Son zəng” tədbirləri üç saat müddətində yalnız təhsil müəssisənin ərazisində olacaq.
1.6.2012
  
Azərbaycanda bəzi ali məktəblərdə magistraturaya qəbul dayandırılıb. Bu barədə bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.