12.6.2012
  
İyunun 13-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-21, gündüz 31-36 dərəcə isti olacaq.
12.6.2012
  
Milli Məclisin növbədənkənar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsi müzakirə olunub. Dəyişikliklər layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verib.
12.6.2012
  
Bolqarıstanın BNT İctimai Televiziyasında Azərbaycanın ev sahibliyi etdiyi 57-ci “Eurovision” mahnı müsabiqəsinə həsr olunmuş film yayımlanıb.
12.6.2012
  
Sultan Kösenin boy artımını tənzimləyən vəzisindəki problem aradan qaldırılmışdır.
2009-cu ildən bəri dünyanın ən hündür insanı sayılan Sultan Kösenin boyu daha artmayacaqdır.
12.6.2012
  
İngiltərə polisi yerin altında narkotik bitkilər yetişdirən cinayətkar qrup aşkar edib. Avon və Somerset polislərinin Somersetdə birgə həyata keçirdikləri əməliyyat nəticəsində yerin təxminən 3 metrə yaxın dərinliyində salınmış gizli tarlada narkotik bitkilərin yetişdirildiyi təsdiqlənib.
11.6.2012
  
“Eurovision” mahnı müsabiqəsinin ötənilki qalibləri ilə builki qalibi Rusiyanın paytaxtı Moskvada görüşəcəklər. Eldar Qasımov və Nigar Camal yarışmanın builki qalibi Lorinlə (Loreen) Azərbaycanın ev sahibliyi etdiyi 57-ci “Eurovision” müsabiqəsinə həsr olunmuş xüsusi gecədə iştirak edəcəklər. Gecədə qaliblərlə yanaşı, “Eurovision-2012”də Azərbaycanı təmsil etmiş Səbinə Babayeva və Rusiya təmsilçiləri “Buranovskiye babuşki” qrupu da çıxış edəcəklər.
11.6.2012
  
Dünyaca məşhur kolumbiyalı müğənni Şakira Bakıya gələcək. Kolumbiyalı müğənnini Bakıya gətirən təşkilatçı Nahid Emiloğludur.
11.6.2012
  
Perunun paytaxtı Limadan 30 kilometr cənubda yerləşən Paçacamacdakı min illik məzarda arxeoloqlar tərəfindən qorxunc kəşf edilib.
11.6.2012
  
Müğənni Elnur Məmmədov sözləri və musiqisi Aygün Quliyevaya aid olan “Dönərəm” adlı mahnıya klip çəkdirib.
11.6.2012
  
"Meliorasiya və Su Təsərrüfatı" Açıq Tipli Səhmdar Cəmiyyətinin inşaatçıları tərəfindən Girdimançaydan Ağsu şəhərinə su xətti çəkmək məqsədilə torpaq işləri görülərkən Bakı-Göyçay magistral yolunun şimal tərəfində Kəlağaylı kəndi ərazisində I-II əsrlərə aid qəbirlər üzə çıxıb.
11.6.2012
  
Bakıda avtobus yanıb kül oldu. Hadisə yerində olan şahidlərdən biri məlumat verərək bildirib ki, yanğın Sumqayıtdan Bakı istiqamətinə gələrkən Bakı Beynəlxalq Avtovağzalına 100 metr qalmış baş verib.
11.6.2012
  
Mədəniyyət və Turizm Nazirliyi bu gündən Azərbaycanın turizm bölgələrindəki mehmanxana və mehmanxana tipli obyektlərdə yoxlamalar aparmağa başlayıb.
11.6.2012
  
Avstraliyanın Melburn şəhərindəki ailələrdən birində saxlanan Rupert dünyanın ən böyük pişiyidir.
8.6.2012
  
Qoç - İş təmasları, müxtəlif seminarlar, konfranslar və təqdimatlarda iştirak üçün çox uğurlu gündür. Siz ətrafdakılarda yaxşı təəssürat yaradacaq, maraqlı tanışlıqlar quracaqsınız. Kütləvi çıxışlar əla alınacaq, kimsə sizə etiraz etmək arzusuna düşməyəcək.
8.6.2012
  
“Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov Bodrumda yerləşən “Palmarina Yalıkavak” adlı çimərliyinin açılışına dünya şöhrətli müğənni Rihannanı dəvət edib. Türkiyə mətbuatına istinadən verilən xəbərə görə, 450 yaxtası olan qapalı çimərliyin açılışı iyunun 15-nə planlaşdırılır.
8.6.2012
  
İyunun 9-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 24-29 dərəcə olacaq.
8.6.2012
  
Xəzər dənizində zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ iyunun 7-si saat 23:29-da Bakı şəhərindən 169 kilometr cənubi-şərqdə qeydə alınıb.
8.6.2012
  
“Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında mədəniyyət, elm və turizm sahəsində uzunmüddətli əməkdaşlıq haqqında” Proqrama uyğun olaraq, Astanadakı Sülh və Sabitlik sarayında Azərbaycan Mədəniyyəti Günləri açılmışdır.
11.6.2012
  
Azərbaycan Qızıl Aypara Cəmiyyəti və “İrəli” İctimai Birliyinin (İB) nəzdində fəaliyyət göstərən tibb klubu tərəfindən 14 iyun - Dünya Qan Donoru Gününə həsr olunmuş seminar keçiriləcəkdir.
11.6.2012
  
İyunun 12-də Bakı və Abşeron yarımadasında hava az buludlu, yağmursuz olacaq. ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.