Sabah Bakıya yağış yağacaq
21.8.2013

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, günün birinci yarısında havanın arabir tutulacağı gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın bəzi şimal və qərb rayonlarında bəzi yerlərdə qısa müddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Gün.Az