Dəniz və günəş
vannası qədər insan bədəni üçün qum da çox faydalıdır. Tətildə həm
yüşür, həm də sağlam qalmaq üçün qumun faydalarından istifadə edin.
İsti
qum xeyirdir deyib saatlarla qumdan çıxmayan insanlar var. Dəri
yanıqları, allergik reaksiyalar, günəşdən gələn şüalar qumdan gələn
xeyiri heçə endirir. Təzyiq, şəkər, ürək xəstəliyi olan insanların
ayaqlarını quma basdırması sağlamlığa daha böyük ziyan vura bilər. Ən
dəhşətlisi isə iflic ola bilərlər. Quma basdırılma da həkim nəzarəti
altında olmalıdır. Ümumiyyətlə,
insanlar elə düşünür ki, ayaqların quma basdırılması ağrıları azaldır.
Müəyyən qədər azaldır, amma qum yeyilmiş, yaxud zədələnmiş oynaqları
bərpa etmir.
- İslanmış dəniz qumunda gəzmək qan damarlarının genişlənməsinə səbəb olur və qan təzyiqini tənzimləyir.
- Revmatizma xəstəliyinin müalicəsi üçün effektlidir.
- Bəzi dəri xəstəliklərini müalicə edir
- Təbii pilinq təsiri var.
- Yorğynluğu aradan qaldırır
- Antidepressan təsirə malikdir
Publika.Az