"Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" medalı təsis edilib
30.9.2019

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, qanuna edilən əlavə ilə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı təsis edilib.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.