Müğənni Ayan Babakişiyeva növbəti klipinin təqdimatını keçirib.
Sözləri Baba Vəziroğluna, musiqisi isə Xanım İsmayılqızına aid olan “Mən olacağam” adlı mahnıya çəkilən klipdə müğənninin tərəf-müqabili əməkdar artist Ədalət Şükürov olub.
Müğənni klipdə iki uşaq atası Ədalət Şükürovla sevgi yaşayır. Bundan Ədalət Şükürovun klipdə həyat yoldaşını oynayan xanım xəbər tutur.
Ceyhun Kərimovun rejissorluğu ilə ekran həyatı verilən klipin süjet xətti evli kişi tərəfindən aldanan məsum bir qızın nakam sevgisindən bəhs edir. Ekran işində baş rolu müğənninin özü və həmkarı Ədalət Şükürov, tərəf-müqabilləri kimi isə mahnının müəllifləri və peşəkar aktyor heyəti çəkiliblər.
Video
http://gun.az