Rekord lotereya uduşunun sahibi məlum oldu
13.2.2013

Ötən ay “Azərlotereya” ASC-nin təşkil etdiyi “6/40” lotereyasının 200-cü tirajında keçirilən oyunda udulan rekord məbləğdə – 149 min 745 manat “cek pot”un sahibi məlum olub.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, uduşlu biletin sahibi Gəncə şəhər sakini Cavid Dilqəm oğlu Məmmədovdur. Artıq qazanılan məbləğin Cavid Məmmədovun bank hesabına köçürülməsi təmin edilib.

Qeyd edək ki, “Azərlotereya” ASC-nin bütün tirajlı lotereyalarında əsas uduşların məbləği 100 min manatı ötüb. Bu isə 2013-cü ildə keçirilən lotereya oyunlarında uduşların daha çox olacağını göstərir.

ANN.Az