Röya İrandakı zəlzələ zamanı əziyyət çəkənlər üçün pulsuz oxuyacaq
30.10.2012

Müğənnilər Yaqub Zurufçu ilə Röya Ayxan bir səhnəni paylaşacaq.

Y.Zurufçu açıqlamasında bildirib ki, onlar Stokholmda keçiriləcək konsert proqramında çıxış edəcəklər.

Noyabrın 25-nə təsadüf edəcək konsert xeyriyyə xarakteri daşıyacaq. Tədbirdən əldə olunan vəsait isə Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə bu ilin avqustunda İranda, xüsusilə Təbrizdə baş verən zəlzələdən əziyyət çəkənlərin ailələrinə çatdırılacaq.

Y.Zurufçu onu da bildirib ki, konsertin təşkilatçıları Cənubi Azərbaycanda onun, Azərbaycanda isə Röyanın olduqca məşhur olmasını əldə əsas tutaraq, məhz onların konsertini təşkil ediblər.


Gün.Az