2 dollara kinoteatr almaq istəyən var? - FOTO
29.10.2012

İngiltərənin Bredford şəhərindəki kinoteatrlardan biri satışa çıxarılıb. 1930-cu ildə art-deko stilində inşa edilən "Bradford Odeon" kinoteatrının hərracda ilkin satış qiyməti cəmi 2 dollardır.

3 min yerlik kinoteatr bir zamanlar şəhərin əyləncə və istirahət mərkəzi olsa da, 1960-cı ildən sonra bu yerin süqutu başlandı.

Britaniyanın ən böyük kinoteatrlarından biri indi viranə vəziyyətdədir.

Milli.Az