Avstriyanın paytaxtı Vyana şəhərində idman rəqsləri üzrə növbəti dünya çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, çempionatda Azərbaycan da təmsil olunacaq. Ölkəmizi idman rəqsləri üzrə yığma komandamızın üzvləri Fərid Mehdiyev və Nərgiz Osmanova təmsil edəcək.
Qeyd edək ki, çempionat noyabrın 16-dan 19-dək davam edəcək.
ANS PRESS