Azərbaycanın bəzi çaylarında suyun səviyyəsi artıb
24.8.2012

Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Kür çayının Surra məntəqəsində 2, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım olub. Salyanda Kürün səviyyəsi 6 , Bankədə 25 sm azalma qeydə alınıb. Şirvanda isə suyun səviyyəsində dəyişiklik baş verməyib.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 340 sm (2011-ci il avqustun 24-də 444 sm), Şirvanda 204 sm (2011-ci il avqustun 224-də 323 sm ), Salyanda 152 sm (2011-ci il avqustun 24-də 324 sm), Bankədə 216 sm (2011-ci il avqustun 24-də 259 sm), Araz çayının Novruzlu məntəqəsində isə 115 sm (2011-ci il avqustun 24-də 158 sm) təşkil edir.

Avqustun 23-də gün ərzində, 24-də gecə və səhər Lənkəran-Astara bölgəsinə yağan leysan yağışları nəticəsində Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançay-Lənkəranda suyun səviyyəsində 61 sm, Lənkərançay-Sifidorda 20 sm, Vəşərüçay-Daştatükdə isə 30 sm artım qeydə alınıb.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-130, Kiçik Qafqazın çaylarında 100-170, Naxçıvan MR çaylarında isə 135, ən yüksək sululuq Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunur, 450-1000 faiz təşkil edir.

Trend