Bu gün Rəssamlar İttifaqının üzvü, rəssam Rüstəm Məmmədovun rəngkarlıq və qrafika işlərindən ibarət ilk fərdi sərgisi keçiriləcək.
Rəssamlar İttifaqının sərgi salonunda baş tutacaq sərginin ekspozisiyasına daxil edilmiş 50-ə yaxın əsər müxtəlif mövzulara həsr olunub.
Tədbirdə ictimai xadimlər, müğənnilər də iştirak edəcəklər.
Onu da qeyd edək ki, Rustəm Məmmədov eyni zamanda Xəzər Tv MMC – nin Proqramlar Departamentinin rəhbəridir.
Sərgi iyunun 7-dən 11-nə kimi davam edəcək.
lent.az