Azərbaycanın geyim sektorunda 17 ildir fəaliyyət göstərən “Çinici” geyim mağazalar şəbəkəsi yeni “Yay 2012” kolleksiyasının tanıdılması tədbirlər planı çərçivəsində “Çinici Uduşlu Səyahət Kampaniyası”nı təqdim edib.
Şəbəkədən verilən məlumata görə, kampaniyada iştirak etmək üçün 02.07.2012 tarixinə qədər “Çinici” mağazalarından minimum 50 AZN məbləğində alış-veriş etmək lazımdır.
Hər 50 AZN-lik alış-verişə müştəri 1 promo kod əldə edəcək. Bu promo kod (promo kodlar) müştərinin alış-verişindən sonrakı 24 saat ərzində mobil telefonuna göndəriləcək. Kampaniya müddəti ərzində hər həftə, bir öncəki həftə ərzində “Çinici” mağazalarından alış-veriş edən müştərilərin promo kodları lotereyada oynanacaq. Ən son tiraj oyununda isə kampaniya dövrü ərzində alış-veriş edən bütün müştərilərin promo kodları iştirak edəcək (həftəlik tirajlarda udan kodlar xaric). Kampaniya müddəti ərzində hər həftənin bazar ertəsi günü saat 17.00-da xüsusi jüri qarşısında tiraj oyunları keçirilir.
7 həftə ərzində hər həftə oynanacaq hədiyyələr aşağıdakılardır:
1. 1 nəfərə 2 nəfərlik Türkiyəyə səyahət imkanı: hotel + hər 2 istiqamətə təyyarə biletləri (əlavə olaraq 1 ədəd WiFi funksiyalı rəqəmsal fotokamera)
2. 1 Müştəriyə HTC One smartfonu
3. 3 Müştəriyə 1 ədəd (hər birinə) 100 manatlıq alış-veriş kartı
Sonuncu, Final tirajında oynanacaq hədiyyələr aşağıdakılardır:
1. 1 nəfərə 2 nəfərlik səyahət imkanı Maldiv adalarına - otel + 2 tərəflik təyyarə biletləri (əlavə olaraq 1 ədəd WiFi funksiyalı rəqəmsal fotokamera)
2. 3 Müştəriyə HTC One smartfonu
3. 3 Müştəriyə 1 ədəd (hər birinə) 200 manatlıq alış-veriş kartı
Həftəlik tirajlar şirkətin “Facebook” sosial şəbəkəsindəki səhifəsindən (www.facebook.com/cinici.az) oyun zamanı canlı olaraq izlənilə bilər. Final tirajı yerli TV kanalların birində yayımlanacaq. Bu haqda daha öncədən bütün Müştərilərin mobil telefonlarına məlumatlandırıcı sms göndəriləcək.
Aksiyada iştirak edən bütün müştərilərdən alış-verişdən sonraki 24 saat ərzində sms-in gəlməməsi və ya təsadüfən kod olan sms-in silinməsi halında “Çinici”nin Müştəri Xidmətləri ilə əlaqə saxlamaq xahiş olunur. Müştəri xidmətləri nömrəsi *1515 - bütün mobil operatorlardan şəbəkə daxili danışıq qiymətləri ilə və şəhər nömrələrindən zənglər pulsuzdur.
”Çinici” mağazaları aşağıdakı ünvanlarda yerləşir:
1. Mağaza 1 - Xəqani küçəsi, 1
2. Mağaza 2 - H. Cavid pr. 57
3. Mağaza 3 - C. Xəndan küç. 40A, 8 mkr
Sizə bol alış-veriş, bol şans və xoş istirahət arzulayırıq!
Video
APA