İyunun 19-dan 23-dək “28 Cinema”da Yaponiya Film Festivalı keçiriləcək.
Festivalda 2008-2011-ci illərdə lentə alınan müxtəlif məzmunlu “Xoşbəxt uçuş”, “Hankyu qatarı”, “Xəttat qızlar”, “16 yaşlılar üçün Buşido”, “Məndən sənə” və s. filmlər nümayiş olunacaq.
Festival Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutacaq. Giriş sərbəstdir.
Qeyd edək ki, nümayiş olunacaq filmlər yapon dilində, alt yazısı isə rus dilində təqdim olunacaq.
APA