20 yaşı var, 247 kiloqramdır - FOTO
18.6.2014

Çəkisi 247 kq olan bu gənc son 3 ildə ilk dəfə evini tərk etdi.

Daha doğrusu, onu evdən yanğınsöndürənlər çıxardılar.

Çinin Lyaonin vilayətindəki Şenyan şəhərinin sakini, 20 yaşlı Han Han həddən artıq kökəldiyi və şişdiyi üçün son üç ildə mənzildən eşiyə çıxa bilmirdi.

Halı pisləşdiyi üçün açıq havada olması gərəkən Han Hanı qonşuların çağırdıqları yanğınsöndürənlər çölə çıxarıblar.
9 yanğınsöndürən gənci adyallara qoyaraq aşağı düşürüb.

"Oğlum 17 yaşından bəri kökəlir. Çox yeyir, yaman çox. İştahının öhdəsindən gələ bilmədiyi üçün belə vəziyyətə düşüb", - Han Hanın anası deyib.
20 yaşlı kök gəncin "çölə çıxarılması" aksiyasını yerli qəzet təşkil edib.

Məqsəd Hanı izafi çəkidən qurtulmağa sövq etməklə yanaşı, 36 aydan bəri çölə çıxa bilməyən gəncə yardım etməkdi.



Milli.Az