Fevralın 4-də Heydər Əliyev Sarayında “Şən və Hazırcavablar Klubu” (ŞHK) Beynəlxalq Birliyinin Azərbaycan Liqasının təntənəli açılışı olacaqdır.
Mərasimdə Azərbaycan, Rusiya, Qazaxıstan, Gürcüstan və İsrailin ŞHK komandaları iştirak edəcəklər.
Gecənin aparıcısı Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi, “AMiK” Televiziya Yaradıcılıq Birliyinin və ŞHK Beynəlxalq Birliyinin prezidenti Aleksandr Maslyakovun oğlu Aleksandr Maslyakov olacaqdır.
AzərTac