Facebook Pixel Code
GoMap XƏRITƏ
"AzərKosmos" ASC
Baxış sayı:
Avtobus
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda cənab Prezidentin “Azərbaycan Respublikasında yeni texnoloji sənaye sahəsi olan kosmik sənayenin yaradılması və süni telekommunikasiya peykinin orbitə çıxarılması” barədə verdiyi tapşırıq əsasında konkret fəaliyyət proqramının müəyyənləşdirilməsi istiqamətində işlərin görülməsinə başlanıldı. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” 04.11.2008-ci il tarixli 27 nömrəli Sərəncamı imzalanmış, Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2009-cu il tarixli 443 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiq edildi. Telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (“Azərkosmos” ASC) təsis edildi.İlk Telekommunikasiya peykinin orbitə çıxarılması üçün ölkəmizin öz orbital mövqeyinin əldə edilməsi məqsədilə, 2010-cu ilin 25 may tarixində İstanbul şəhərində ilk telekommunikasiya peykinin Malayziya hökumətinə məxsus 46°Ş orbital mövqeyə çıxarılmasını və Measat şirkəti ilə birgə istifadəsini nəzərdə tutan müqavilə imzalandı.2010-cu ilin 27 may tarixində ABŞ-ın “Orbital Sciences” şirkəti ilə telekommunikasiya peykinin istehsalına dair razılaşma, 2010-cu ilin 5 noyabr tarixində isə Fransanın “Arianespace” şirkəti ilə ilk telekommunikasiya peykinin “Ariane-5ECA” raketdaşıyıcısı ilə orbitə çıxarılmasını nəzərdə tutan müqavilə imzalandı. Nəticə olaraq, “Azerspace-1” telekommunikasiya peyki 8 fevral 2013-cü il tarixində Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan region) yerləşən Kuru kosmodromundan, Qviana Kosmik Mərkəzindən orbitə buraxıldı.Bununla yanaşı, 8 fevral 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və xanımı Mehriban xanım Əliyeva Azerspace-1 peykinin idarə olunduğu “Azərkosmos” ASC-nin yeni inzibati binası- Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin açılışında iştirak etdi.2013-cü ildən etibarən Azərkosmos peyk xidmətlərinin beynəlxalq keyfiyyət idarəetmə standartının tələblərinə uyğunluğu üzrə ISO 9001:2008 sertifikatına layiq görülüb. Azərkosmosda Fəaliyyətin Qiymətləndirilməsi Sistemi (Performance Appraisal System) və daxili hesabatlılığın təmin edilməsi üçün isə Menecment İnformasiya Sistemi hazırlanaq uğurla tətbiq edildi.Təsis edildiyi gündən bugünədək, Azərkosmos təyinatına görə telekommunikasiya peyki Azerspace-1 və Yer Səhinin Məsafədən Müşahidə Peyki Azersky daxil olmaqla 2 peykin peyk operatorudur.Azərkosmos ASC-nin təklif etdiyi xidmətlərə daxildir:Telekommunikasiya peyk xidmətləri1.PEYK TUTUMU İCARƏSİ1.1. Tam dövrlü tutum icarəsiAzərkosmos müştərilərinə 24×7 rejimində uzunmüddətli peyk tutumu icarəsi xidmətini təqdim edir. Bu xidmət bir ildən artıq müddətə tutum əldə etmək istəyən müştərilər üçün nəzərdə tutulub.1.2. Çevik tutum icarəsiBu xidmət ən azı bir ay müddətinə peyk tutumu əldə etmək istəyən müştərilər üçün nəzərdə tutulub.1.3. Qısamüddətli tutum istifadəsiBu xidmətdən məhdud zaman üçün (bir və ya bir neçə saat, həftə və s.) peyk tutumu əldə etmək istəyən və mütəmadi olaraq peyk tutumuna ehtiyacı olan müştərilər yararlana bilərlər.TELERADİO YAYIMIAzərspace-1 peyki vasitəsilə teleradio yayım xidməti göstərən müştərilər öz kanallarını Avropa, Afrika, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrində yayımlaya bilər.Teleradio şirkətləri peykin tutumlarından aşağıdakı (lakin bununla məhdudlaşmayan) məqsədlər üçün istifadə edə bilər:“Direct to Home” (DTH) yayımı“High Definition TV” (HDTV) yayımıPeyk üzərindən operativ rejimdə xəbərlərin ötürülməsi (SNG)TELEPORT XİDMƏTLƏRİBakı şəhərində yerləşən Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin resursları vasitəçi peyklər, metronet və fiberoptik şəbəkə üzərindən siqnal qəbul etməyə imkan verir. Teleport vasitəsilə televiziya kanallarının Avropa, Yaxın Şərq və Mərkəzi Asiyada (Ku-diapazonda) və Afrikada (C-diapazonda) yayımı mümkündür.3.1. Teleport üzərindən müştərilər aşağıdakı əlavə xidmətlərdən yararlana bilər:Siqnalın peykə qaldırılmasıSiqnalın retranslyasiyasıPeyk məzmununun alınmasıVideo distribyusiyaVNO (Virtual Şəbəkə Operatoru)İnternet bağlantısıDATA VƏ TELEKOMMUNİKASİYAPeykin resursları aşağıdakı sahələrdə istifadə edilə bilər:Sabit və çevik həllərAviasiyaDənizçilikHökumət əlaqələriYER SƏTHİNİN MƏSAFƏDƏN MÜŞAHİDƏ PEYKİ – AzerskyAzərkosmos sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan Azersky peyki üzrə təklif etdiyi xidmətlər:Məhsul və xidmətlərYeni və arxiv ağ-qara (panxromatik) və rəngli təsvirlər (multispektral)Pan-dəqiqləşdirilmiş (Pansharpened) təsvirlərStereo və Tristereo təsvirlərOrtorektifikasiya (o cümlədən dəqiqləşdirilmiş ortorektifikasiya)DEM – Rəqəmsal Yüksəklik ModeliMozaikalaşdırma və radiometrik balanslaşdırmaDəyişikliklərin müəyyənləşdirilməsiMüxtəlif formatlarda (İMG, GeoTİFF, ECW, JPG,CADRG/CİB/RPF, MrSİD, NİTF File, PNG) və proyeksiyalarda (Coğrafi, Qauss Kryuger, UTM, TM) dəqiqləşdirilmiş ortofotoların hazırlanmasıAzərkosmos Azersky peykindən əlavə, aşağıda qeyd olunan peykllərdən çəkilən təsvirlərin müştərilərə çatdırlmasını təklif edirSPOT 1-5Pléiades 1A və 1BTerraSAR-X və TanDEM-XAzerspace-2Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, Azərkosmos 2017-ci ildə ikinci telekommunikasiya peyki Azerspace-2-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır. Daha ətraflı məlumatı www.azercosmos.com internet səhifəsindən ala bilərsiniz.
Son xəbərlər