Facebook Pixel Code
GoMap XƏRITƏ
"Azen" distribüter şirkəti ("Hörmann" qapı və darvazaları)
Baxış sayı:
Avtobus
"AZEN Co." şirkəti 1998-ci ildə təsis edilmişdir. Öz fəaliyyətini rolletlərin qurmasından başlayaraq, sonralar bu şirkət Azərbaycana qaraj və sənaye qapılarının təchizinə və giriş sisteminin avtomatlaşdırılmasına keçmişdir. 2000-ci ildən etibarən biz bu sahədə Hörmann VKG (Almaniya) konserninin rəsmi partnyoruyuq. Hörmann qaraj və sənaye qapılarının, motorların, müxtəlif təyinatlı qapı çərçivələrinin və qapıların və eləcə də yükləmə texnikasının Avropada ən böyük istehsalçısı və təchiz edənidir. Korporativ fəlsəfənin əsası innovasiyalar şüarı altında illər boyu əldə edilmiş təcrübə, zəmanətli keyfiyyət və sifarişçilərin tələbatlarına istiqamət götürmədir. Banisi cənab August Hörmann olan Hörmann konsernini hazırda nəvəsi cənab Thomas J. Hörmann və nəticələri cənab Martin J. Hörmann və cənab Christof J. Hörmann idarə edirlər, yəni üçüncü və dördüncü nəsillər.Uzun illər ərzində Hörmann şirkəti ilə əməkdaşlıq bizə bu sahədə cox böyük təcrübə toplama imkanı vermişdır və biz də mürəkkəbliyindən asılı olmayaraq hər bir layihənin həyata keçirilməsində bu təcrübədən müvəffəqiyyətlə istifadə edirik. Hörmannın yüksək keyfiyyət standartları sayı ildən ilə coxalan müştərilər tərəfindən haqlı olaraq tanınmışdır.
Son xəbərlər