Facebook Pixel Code
GoMap XƏRITƏ
"AzVirt MMC" şirkəti
Baxış sayı:
  • Ünvan:
    Bəşir Bünyadov, Bakı, Sabunçu, AZ1040
  • Telefon:
    (+994 12) 565-55-02, (+994 12) 565-55-03, (+994 12) 565-55-04, (+994 12) 499-85-80
  • Faks:
    (+994 12) 565-71-71
  • Web səhifə:
  • E-poçt:
Avtobus

1993 - 1995-ci illərdə Almaniyanın "WIRTGEN" şirkətinin mütəxəssislərinin köməyilə Bakı Aeroportunda 2 saylı uçuş-enmə zolağının tikintisi müvəffəqiyyətlə həyata keçirildi. 1995-ci il mayın 28-də həmin obyektin açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev məsləhət bildi ki, alman mütəxəssisləri ilə əlaqələr davam etdirilsin. Beləliklə, 1995-ci ildə "AzVirt" Azərbaycan - Almaniya Birgə Müəssisəsi yaradıldı. Sonradan Müəssisənin adı dəyişdirilərək "AzVirt" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırıldı. İlk öncә Bakı әrazisindә şәhәr yollarının tikintisi ilә mәşğul olan şirkәt, zaman keçdikcә yol vә hava limanı infrastruktur layihәlәri üzrә tam xidmәt göstәrәn beynәlxalq şirkәtә çevrildi.

"AzVirt" Azәrbaycanın әn böyük vә tanınmış yol tikinti şirkәtlәrindәn biridir. Yarandığı tarixdәn başlayaraq 20 ildən çox müddәt әrzindә "AzVirt" regionda nәqliyyat infrastrukturunun inkişafı üçün getdikcә artan tәlәblәri qarşılamaq mәqsәdi ilә sürәtlә böyüyüb vә fәaliyyәt dairәsini genişlәndirib. Hal-hazırda "AzVirt" aşağıdakı xidmәtlәr üzrә ixtisaslaşıb:

  • Avtomobil yollarının tikintisi, yenidәnqurulması vә tәmiri
  • Körpülәrin, yol ötürücülәrinin vә digәr süni qurğuların tikintisi, yenidәnqurulması vә tәmiri
  • Hava limanları üçün terminalların, uçuş-enmә zolaqlarının, sükan yollarının vә perronun tikintisi, yenidәnqurulması vә tәmiri
  • Tikinti materiallarının istehsalı
  • Layihәlәndirmә işlәri

"AzVirt" müştәrilәrinә çöl-axtarış (geodeziya), layihәlәndirmә vә tikinti işləri daxil olmaqla kompleks xidmәtlәr tәqdim edir.

Son xəbərlər