Facebook Pixel Code
GoMap XƏRITƏ
Kürdəmir Olimpiya İdman Kompleksi MMC
Baxış sayı:
  • Ünvan:
    Bakı, Kürdəmir, AZ3300
  • Telefon:
    (+994 2025) 5-09-25, (+994 2025) 5-42-65
Avtobus

Kürdəmir Olimpiya İdman Kompleksinin təməli 2005-ci ilin oktyabrında qoyulmuş, 24 sentyabr 2008-ci ildə isə cənab prezident İlham Əliyevin Kürdəmir rayonuna səfəri zamanı rəsmi açılış mərasimi olmuşdur. Burada respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi üçün gözəl şərait yaradılmışdır. 5,5 hektar ərazidə yerləşən bu idman qurğusu həm də şəhərə xüsusi yaraşıq verir. Kompleksin ərazisində futbol, voleybol, basketbol meydançaları, məşq otaqları, böyük idman salonu və digər yardımçı otaqlar mövcuddur. Rayonda ən populyar idman növü güləş və voleyboldur.

2018-ci ilin oktyabrın 9-da Kürdəmir Olimpiya İdman Kompleksində 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə bədii gimnastika üzrə “Kurdəmir kuboku” keçirilmişdir. Yarışda respublikamızın 14 klubundan 2001-2011- cil il təvəllüdlü 100-dək idmançı iştirak edib. Bədii gimnastika üzrə “Kürdəmir Kuboku” nun yekununa əsasən fərqlənmiş cəmiyyətlər arasında bölgələr üzrə Qusar idmançıları birinci pillədə qərarlaşdılar. Kürdəmir və Gəncə komandaları müvafiq olaraq ikinci və üçüncu pillədə yer aldı. Qrup hərəkətləri üzrə yarışlarda birinci yerə “Şağan”, ikinci yerə “Zirə”, üçuncü yerə “Kürdəmir” komandası layiq görülmüşdür.

Son xəbərlər