Facebook Pixel Code
GoMap XƏRITƏ
Razin mağarası
Baxış sayı:
  • Ünvan:
    Qaçaq Nəbi, Bakı, Sabunçu, AZ1040
Avtobus
Razin mağarasıRazin mağarası xalq arasında Razin dağı kimi tanınır. Bu mağaranın çox maraqlı tarixçəsi vardır. Razinin Xəzərin qərb sahillərinə ilk hücumu 1667-ci ilə təsadüf edir. Stepan Razin 1667-ci ildə bu mağarada düşərgə salmış , ətraf kəndlərə qəfil basqınlar etmişdir. Sonralar yerli əhali buranı “ Razin dağı” adlandırmışdır. Bu mağara Bakı şəhərindən təxminən 10 -11 km şimal- şərqdə , Bakıxanov qəsəbəsində yerləşir. Girişinin eni 5 metrdir, hündürlüyü 13.6 metir olub iki otaqdan ibarətdir. Birinci otağın uzunluğu 38.4 metrdir, eni 5 metrdir, ikinci otağın uzunluğu 7.9 metrdir, eni - 4.3 – 7 metrdir. Mağaranın ümumi sahəsi 255.7 kvadrat metrdir. Qocaman sakinlərin sözlərinə görə və yazılı mənbələrə mağara 2 km uzunluğundakı qol vasitəsi ilə dənizə çıxır.
Son xəbərlər