Pişiklər üçün xüsusi lüks otel (Foto)
19.10.2011

İngiltərənin cənub-şərqində pişiklər üçün xüsusi lüks otel “Longcroft” fəaliyyət göstərir. Oteldə hər biri istilik sistemi ilə təchiz olunmuş 6 fərdi kabin vardır. Pişiklərin darıxmamaqları üçün hər bir otağın pəncərəsinin qarşısında qəfəsdə quşlar qoyulub. Onlara caz və klassik musiqilərinin sədaları altında xüsusi diqqət və qayğı göstərilir.