Aygün Kazımova “Qol” mahnısına çəkdirdiyi klipi təqdim etdi – Video
5.9.2012

Xalq artisti Aygün Kazımova FIFA U-17 Qadınlararası Çempionatı Azərbaycan 2012-yə qızlarımıza dəstək üçün oxuduğu “Milli Futbol” mahnısına klip çəkdirib.
Sözləri Namiq Qaraçuxurluya, musiqisi xalq artistinin özünə məxsus olan mahnıya klipi türkiyəli rejissor Murat Küçük ekran həyatı verib.

Klipin çəkilişləri iyulun ilk ongünlüyündən başlayaraq, avqustun əvvəllərinədək davam edib. Ekran işini A.Kazımovanın müqavilə əsasında çalışdığı Türkiyənin nüfuzlu “DokuzSekiz Müzik Yapım Şirkəti”nin təşəbbüsü ilə “FilmLine” kompaniyası istehsal edib.

Türkiyədən gəlmiş peşəkar komandanın üzvləri Aygün Kazımovanın da içində olduğu helikopterlə Bakı səmasında çəkilişlər edib. Paytaxtımızın gəzməli-görməli məkanlarını, idman arenalarını göstərmək məqsədilə mükəmməl klip təqdim ediblər.

Klipdə qızlardan ibarət milli yığmamızın futbolçu heyəti də xalq artisti ilə bərabər çəkiliblər.

Yaradıcı heyət klipdə titrdə mahnının adını “Qol” kimi göstəriblər.

http://gun.az